11 sentyabr 11 sentyabr — təqvim ilinin 254- cü günü (uzun - TopicsExpress



          

11 sentyabr 11 sentyabr — təqvim ilinin 254- cü günü (uzun illərdə 255-ci). İlin sonuna 111 gün qalır. Dünyada olan hadisələr 1823 – Ingilis iqtisadçısı David Rikardo vəfat edib. 1853 – İlk dəfə teleqraf xətti işləmişdir. 1881 – İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olur. 1888 – Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılmışdır. 1914 – Rusiya Ordusu Avstriya- Macarı stan üzərində qələbə çalır. 1926 – İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui- qəsd edilir. 1944 – İkinci Dünya Müharibəsi dövründə ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olmuşdur. 1954 – ABŞda ilk gözəllik müsabiqəsi keçirilir. 1962 – Rəsmi Moskva Kennediyə Kuba barədə xəbərdarlıq edir (Karib böhranının ilkin əlaməti) 1973 – Auqusto Pinoçetin rəhbərliyi altında Çilidə dövlət çevrilişi baş verir. Ölkə prezidenti Salvador Alyende çevriliş zamanı qətlə yetirilir. 1980 – Çilidə keçirilən referendumda general Auqusto Pinoçetin prezidentlik dövrü səkkiz il uzadılır. 1990 – Prezident Corc Buş (ata) "Dünyada yeni sistem" barədə danışır. 2001 – ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qaldı, 2 metro stansiyası yararsız hala düşdü. 2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilir. 2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilir. 2008 – La Manş tunelində yanğında onlarla insan xəsarət alır. Azərbaycanda olan hadisələr 1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurmuşdur. 2003 – Almaniya Azərbaycana prezident seçkiləri üçün 5 min ədəd şəffaf seçki qutusu hədiyyə edir. 2003 – Azərbaycanın Xarici İşlər Naziri Vilayət Quliyevin Türkiyəyə rəsmi səfəri başlayır. 2006 – Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşü. 2006 – Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin "Şeyxülislam" ordeni ilə təltif olunur. 2007 – Azərbaycan və Çexiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanır. 2007 – Azərbaycanın Makedoniyada səfirliyi – Türkiyədəki səfir həm də Makedoniyada diplomatik fəaliyyət göstərir 2008 – Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri baş tutur. Doğumlar 1851 – İsmayıl Qaspıralı – məşhur pedaqoq, naşir və türkoloq (ö:1914). 1937 – İosif Kobzon – müğənni. 1966 – İn-Qrid – müğənni. 1966 – Lada Dens – müğənni. 1988 – Bağırov Ayaz Cavanşir oğlu. Ad günləri 1948 – Muhammed Ali Cinnah – Pakistan Prezidenti 1970 – Nikita Xruşşov – Sovet İttifaqı rəhbəri 1973 – Salvador Alyende – Çili prezidenti (çevriliş zamanı qətlə yetirildi) Bayramlar və xüsusi günlər 1830 – Ekvador Respublikasının yaranması
Posted on: Wed, 11 Sep 2013 04:54:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015