50 dərəcə isti təşvişə səbəb olub Birləşmiş - TopicsExpress



          

50 dərəcə isti təşvişə səbəb olub Birləşmiş Ştatlarda aviaşirkətlər hava reyslərini təxirə salmağa hazırlaşır Birləşmiş Ştatlarda anomal istilər davam edir. Ölkənin cənub qərbində yerləşən Kaliforniya, Nevada və Arizona ştatlarında temperatur artıq 50 dərəcəyə yaxınlaşır. Temperaturun kəskin artması ilə bağlı bir çox aviaşirkətlər hava reyslərini təxirə salmağa hazırlaşır. Temperaturun 50 dərəcəyə yaxınlaşdığı bir vaxtda havada texniki problemlərin baş verəcəyindən ehtiyat edən şirkətlər təyyarəni havaya qaldırmaq istəmir. Günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilənlərin sayı 30-u keçib. Yerli hökumət əhalini yalnız zəruri hallarda küçələrə çıxmağa çağırıb. Qızmar istilər su hövzələrinə və hovuzlara baş vuran insanların sayını artırıb. Sinoptiklərin məlumatına görə, isti hava kütlələləri yerini tədricən ölkənin mərkəzi ştatlarına doğru dəyişir. Qızmar hava şəraitinin növbəti çərşənbə axşamı normallaşacağı proqnozlaşdırılır.
Posted on: Sun, 30 Jun 2013 10:48:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015