ANTİBİOTİK "Bu dərmanla bir çox xəstəliyin - TopicsExpress



          

ANTİBİOTİK "Bu dərmanla bir çox xəstəliyin öhdəsindən gələcəyik, ancaq dost bakteriyaların insan orqanizmi üçün həyatı önəmini də unutmamalıyıq "... Mikroorqanizmlər tərəfindən hazırlandığı halda digər mikroorqanizmləri öldürən və inkişafını əngəlləyən maddələrə antibiotik deyilir (Walksman 1942) Dünyada ildə 9 milyard ədəd antibiotik istehlak olunur və satışlardan gələn gəlir 27,6 milyard dollardan artıqdır. İnsan vücudunda orta hesabla hər hüceyrəyə 10 bakteriya düşür , bu o deməkdir ki , orqanizmdə 100 triliondan artıq bakteriya yaşayır. Bunların böyük qismi dost bakteriyalardır.Stanford Üniversitetinin araşdırmasına görə, bağırsaqlarda yaşayan "Btheta" bakteriyası həzmi çətin olan qidaları parçalayır. Damar və hücreyrələrin sağlam bir şəkildə inkişafını təmin edir. İmmun sisitem üçün lazımlı olan enzimlərin sintezini dəstəkləyir. Bağırsaq sistemində yaşayan bakteriyaların çoxu vücuddaki hormonal balansı qoruyur. Mədə və qida borusunda yerləşənlər isə B12 və K vitaminlərinin qana qarışmasına yardımçı olur. Antibiotiklər xəstəlik törədicilərlə mübarizə apararkən , bir yandan da faydalı bakteriyaları məhv edərək orqanizmin nizamını pozur. Louis Pasteur 1877 - ci ildə ilk antibiotik olan pensilini kəşf edərkən "Bu dərmanla bir çox xəstəliyin öhdəsindən gələcəyik, ancaq dost bakteriyaların insan orqanizmi üçün həyati önəmini də unutmamalıyıq " demişdi. Pasteurin 135 il öncəki bu xəbərdarlığına baxmayaraq günümüzdə ən adi bir narahatlıqda antibiotiklərə üz tutmaqdayıq. Antibiotiklər bağırsaq florasını pozur.Ortaya çıxan çoxlu zərərli bakteriya və göbələklərdən hasil olan zəhərli qazları və zəhərli spirtləri eleminə etmək üçün hədddən artıq B 6, B 12 vitaminləri və fol turşusu xərclənir.Bu isə öz növbəsində hemosistein nisbətinin yüksəlməsinə səbəb olur.Çünki normal halda hemosisteini B 6, B 12 vitaminləri və fol turşusu meteoninə çevirərərk zərərsiz hala gətirir.Artmış hemosistein LDL xolesterolununu (aşağı sıxlıqlı lipoproteidlər) oksidləyərək , quruluşunu pozur.Oksidləşən xolesterol makrofaqlar tərəfindən mikrob hesab edilərək udulur.Həddən artıq xolesterol molekulu yeyərək ölən makrofaqlar hüceyrələrdə , hüceyrə aralarında toxumalarda və damarların içəri səthində yığılaraq yağlanmaya səbəb olur.Damar, hüceyrə və toxumalarda toplanan bu maddələr hüceyrələrin qidalanmasına mane olur. Bu səbəbdən insanda davamlı olaraq aclıq hissi ortaya çıxır. İnsan " iştahım açıldı " deyərək , davamlı yemək məcburiyyətində qalır. Antibiotiklərin kor-koranə istifadəsi payız - qış fəsillərində artır.Qrip, soyuqdəymə əlamətlərini hiss edən kimi insanlar antibiotiklərə üz tutaraq, özlərini müalicə etməyə çalışırlar.Lakin qeyd etmək lazımdır ki qrip virus infeksiyasıdır , antibiotiklər isə anti-bakterialdır - bakteriya əleyhinədir, yəni qrip olduqda " bol - bol antibiotik yeməyin " heç bir faydası yoxdur. Antibiotik qızdırma salıcı da deyil.Əgər qızdırma hansısa bakterial infeksiya səbəbindən ortaya çıxıbsa antibiotik yararlı ola bilər.Lakin qızdırma yalnız bakterial xəstəliklərdə deyil, bir sıra qeyri- infeksion xəstəliklərdə ortaya çıxan simptomdur.Qızdırmanın səbəbinin müayinəsisz aşkara çıxarmaq mümkün olmadığından,insanlar kor-koranə, özbaşına antibiotik qəbul edərək səbəbkar xəstəliyin simptomlarının gizlənməsinə şərait yaradaraq , öz orqanizmlərinin gizli şəkildə məhv olmasına fərman vermiş olurlar. Bakteriyalar yaxşı mutasiya etmək qabiliyyətinə malikdirlər.Araşdırmaçılar bir yandan daha güclü antibiotiklər icad etməklə məşğulkən , mikroblar da özlərinin dərmanlardan müdafiə sistemini inkişaf etdirməklə məşğuldurlar. Antibiotiklərin lazım oldu-olmadı qəbulu orqanizmdəki mikrobların dirəncini, davamlılığını artırır. Hər dəfə dərman qəbul olunduqca bakteriyalar da mutasiya edərək , özlərini daha güclü bir hala çatdırırlar.Orqanizmin həqiqətən antibiotikə ehtiyacı olan zaman isə həkimin təyin etdiyi antibiotik və doza artıq mikrobla mübarizədə heç bir effekt vermir.Nəticədə həkim dozanı artırmaq və ya daha geniş spektrli antibiotik təyin etmək məcburiyyətində qalır.Müalicə müddəti uzandıqca uzanır.Bu isə artıq xərc,artıq doza- artıq zəhər və sağalmanın gecikməsi deməkdir.Ona görə də " özününzü müalicəyə " başlamazdan əvvəl yaxşı düşünün : bununla irəli ,yoxsa geri düşürsünüz ? Orqanizminizdəki problemi araşdrımaq üçün həkimə müraciət edin, mikroorqanizmin növü təyin edildikdən , və antibiotikə görə görə həssaslıq testi yoxlandıqdan sonra həkim müvafiq antibiotiki və müvafiq dozanı sizə məsləhət biləcək. Antibiotik qəbul etməzdən öncə diabet, qaraciyər, böyrək xəstəliklərinin olub olmaması aydınlaşdırılmalıdır. Qaraciyər və böyrəklər dərmanların orqanizmindən atılması funksiyasını da yerinə yetirirlər.Lakin bu orqanların xəstəliyi , zəif çalışması , zərərsizləşdirmə və atılma funksiyalarının öhdəsindən lazımı şəkildə gələ bilməməsi , qəbul onunan antibiotiklərin orqanizmdə toplanıb qalmasına səbəb olur.Davamlı dərman qəbulu orqanizmdə bu kimyəvi maddələrin toplanaraq ciddi toksik təsir göstərməsinə gətirib çıxara bilər. Yekun olaraq , antibiotiklərin geniş yayılması , apteklərdə reseptsiz satılması onların məsum olduğunu göstəmir." Qısa və asan yolla sağalım " deyərək , orqanizminizi təhlükəyə atmayın, " filankəs faydasını görüb " deyərək vücudunuzu təcrübə obyektinə çevirməyin.
Posted on: Tue, 30 Jul 2013 05:26:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015