ATƏT cəbhədə baş verənlərdən narahatdır ATƏT-in Minsk - TopicsExpress



          

ATƏT cəbhədə baş verənlərdən narahatdır ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən zorakılıqla əlaqədar öz narahatlıqlarını bildiriblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşün nəticəsinə görə təşkilatın bəyanatında deyilir. Həmsədrlər vurğulayıblar ki, son zamanlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı həmçinin sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların davam etdirilməsi görə yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar. Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar.
Posted on: Sun, 26 Jan 2014 08:50:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015