ATƏT-in Minsk qrupunun həmsədri Dağlıq Qarabağı Kiprlə - TopicsExpress



          

ATƏT-in Minsk qrupunun həmsədri Dağlıq Qarabağı Kiprlə müqayisə etdi Uorlik Kiprdə türklərlə yunanların müzakirələr üçün razılığa gəlməsinin Dağlıq Qarabağda da mümkün olmasına eyham vurub ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsini türklər və yunanlar arasında davam edən Kipr problem ilə müqayisə edib. ANS PRESS-in xəbərinə görə, amerikalı həmsədr bu barədə social şəbəkədəki səhifəsində yazıb. Uorlik twitter mesajında, Kiprdə türklərlə yunanların müzakirələr üçün razılığa gəlməsinin Dağlıq Qarabağda da mümkün olmasına eyham vurub. “Türk və yunan Kipri eyni yaşayış məskənində tam təşəkküllü müzakirələrə başlayacaqlarını elan ediblər. Bu, niyə də Dağlıq Qarabağda olmasın?”
Posted on: Sat, 15 Feb 2014 05:32:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015