AXIRA KIMI OXUMAQA DEYER İbrətamiz hekayə Zaur və - TopicsExpress



          

AXIRA KIMI OXUMAQA DEYER İbrətamiz hekayə Zaur və Zərifə adında 2 gənc var idi. Qız çox gözəl, oğlan da çox yaraşıqlı idi… Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişdilər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdi. Bir gün Zaur Zərifəyə zəng edir və deyir: - Həyatım, neynirsən? - Yemək bişirirəm, canım. - Onda yeməyi bişirəndən sonra hazırlaş, 2 bilet almışam, səni kinoya aparacam. - Baş üstə, eşqim, zəng edərəm. Elə bu vaxt mətbəxdəki qaz balonu partlayır və Zərifə ağır vəziyyətdə xəstəxanaya (reanimasıyaya) yerləşdirilir... Zaur bunu eşidən kimi qaça-qaça xəstəxanaya gəlir. Zərifə ayılandan sonra onunla görüşmək istəmir. Çünki sifəti və bədəni yanıqdan elə bir hala gəlmişdi ki, istəmirdi Zaur onu bu vəziyyətdə görsün… Anası Zərifənin yanına gəlib soruşur: - Qızım, Zaur çox pərişan vəziyyətdədir, onu niyə görmək istəmirsən?! Zərifə ağlayaraq: - Ana, sən belə mənim üzümə baxa bilmirsən, o necə baxsın?! Get Zaura de ki, məni gözəl halımla xatırlasın və bir də məni axtarmasın, hər şey bitdi... Anası qızın dediyi hər şeyi olduğu kimi Zaura çatdırır... Zaur kədərli halda xəstəxananı tərk edir, maşını yüksək sürətlə sürərək ağaca çırpır və gözləri kor olur... Zərifənin anası bundan xəbərdar olan kimi bu hadisəni Zərifəyə danışır: - Bax, qızım, Allahın qisməti belə imiş. İndi sizin evlənməyiniz üçün heç bir əngəl yoxdur. Onun da gözləri görməyəcək, sən də elə bundan narahat idin. İndi isə bir- birinizə dəstək olarsınız... Və beləliklə, Zərifə Zaurla evlənir. İki uşaqları olur. Bir qız, bir oğlan… Çox xoşbəxt həyat kecirirlər. Günlərin bir günü Zərifəni çox güclü bir plastik cərrahın yanına aparırlar və o, Zərifəni əməliyyat edərək, əvvəlki vəziyyətinə qaytarır. Bundan çox sevinən Zərifə evlərinə dönən kimi Zaura deyir: - Kaş belə əməliyyatlar əvvəllər də mümkün olardı... O zaman mən də əməliyyat keçirib əvvəlki vəziyyətimə qayıdardım və səndən imtina etməzdim. Sən də qəzaya düşüb gözlərini itirməzdim... Bu zaman Zaur uzun illər ərzində gizlətdiyi sirrin üstünü açır: - Zərifə, mənim gözlərim kor deyil, mən görürəm. Sadəcə səni itirməmək və səninlə evlənmək üçün yalan demişdim......... Sevdiyini itirməmək üçün bu qədər fədakarlığı gözə ala bilən insan görəsən indi də varmı bu dünyada?... #ByYeraz
Posted on: Wed, 02 Oct 2013 09:33:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015