AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRİ c. - TopicsExpress



          

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRİ c. KƏMALƏDDİN HEYDƏROVA Zaqatala ş. H.Əliyev prospekti-68 ünvanında yaşayan, 1939-cu idə anadan olmuş Abdullayeva Svetlana Hacı qızı tərəfindən ƏRİZƏ Hörmətli general, Ötən əsrin 40-cı illərində palçıq və samandan tikilmiş ev məlum zəlzələ nəticəsində yanı üstə əyilərək, çox təhlükəli bir cat verib və yaşayış üçün yararsız hala düşüb. Qorxudan oranı tərk edərək qonşuluqda, H.Əliyev pr.-66 ünvanında yerləşən evə (qızımın evinə) yığışmışam; bu ev də fasad tərəfdən çaylaq daşı ilə hörülməsinə baxmayaraq, büsbütün çiy kərpicdən tikilib. Təəssüf ki hazırda o evin də bütün divarlarında çatlar əmələ gəlib; sobanın bacası uçulub və evin damından içəri yağış tökülərək evin uçulma ehtimalını daha da artırır. Bunun nəticəsində Bakıya qızımın yanına getməli oldum. Bu zaman komissiya evlərimizdə səthi yoxlama apararaq qərara gəlib ki onlar fiziki köhnəlikdən yararsız hala düşüb. Bu doğrudur, lakin təkanlar evi əsaslı şəkildə yararsız hala salıb. Hesab edirəm ki, qərar çıxarılarkən tələskənliyə və ya qeyri-professionallığa yol verib. Özüm təqaüdçüyəm, qızım ailəlidir, yoldaşı ilə hər ikisi elm adamıdır, bu günkü maliyyə durumu evi bərpa etməyə imkan vermir. Bütün bunları nəzərə alaraq Sizdən xahişim budur ki, məsələyə özünüz qarışaraq, iki evdən birinin tikilməsi və ya əsaslı təmiri barədə sərəncam verəsiniz. Hörmətlə: Abdullayeva S.H.
Posted on: Sun, 15 Sep 2013 10:41:37 +0000

Trending Topics



xt" style="margin-left:0px; min-height:30px;"> My heart is full of love ready to be pour into a heart, ready to
Guys, we really need fosters. Dedicated fosters. I only have a
Klose back, Schweinsteiger out for Germany Germany coach Joachim
An update on Reese from Justin and Claire Burdette. Reese

Recently Viewed Topics




© 2015