Adnan Oktar(Harun Yəhya) Qlobal Masonluq XX əsrdəki nəticəsiz - TopicsExpress



          

Adnan Oktar(Harun Yəhya) Qlobal Masonluq XX əsrdəki nəticəsiz səylər XX əsrdə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışları nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq məsələni təşkil edir" (Alexander I. Oparin, Origin of Life, Dover Publioations, New York, (1936), 1953 (reprint), səh. 196). Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə istifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı ("New Evidenoe on Evolution of Early Atmosphere and Life", Bulletin of the Amerioan Meteorologioal Sooiety, o. 63, noyabr 1982, ss. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Moleoular Evolution of Life: Ourrent Status of the Prebiotio Synthesis of Small Moleoules, 1986, səh. 7). Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrdə apardığı bütün səylər nəticəsiz qaldı. San Dieqo Skripps Institutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün XX əsri arxada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).
Posted on: Sun, 01 Sep 2013 09:11:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015