Araz” Türkiyədə keçirilən turnirə gedəcək... Naxçıvan - TopicsExpress



          

Araz” Türkiyədə keçirilən turnirə gedəcək... Naxçıvan təmsilçisinin stadionu da hazırdı Bir müddət öncə “Araz”ın sənədlərinin AFFA tərəfindən qəbul olunduğunu xəbər vermişdik. Təbii, bu sevindirici xəbərin kollektivə stimul verəcəyi şübhəsizdi. Əsgər Abdullayevin rəhbərliyi altında məşqlərini bir qədər də intensivləşdirən naxçıvanlıların son durumu ilə maraqlanmaq lazım idi. Dünən bu məsələ ilə bağlı elə baş məşqçi ilə əlaqə saxlamağı lazım bildik: “Məşqlərimizi davam etdiririk. Çətin də olsa seleksiya prosesini başa vururuq. Komandanın əsaını yerli gənc futbolçulardan təşkil etməyə çalışırıq. Seleksiya elə bir şeydi ki... Məsələn, komanda sıfırdan yığılmasaydı bu prosesi çoxdan yekunlaşdırmışdıq. Amma indi baxırıq, futbolçu axını var. Yoxlanışdan keçmək istəyirlər. Yəqin ki, yaxın müddətdə başa vuracağıq. Əlavə 3, 4 futbolçu da götürmək istəyirik. Ona görə də işimiz uzanır. Komandada elə bir yenilik, dəyişiklik yoxdu, amma, gözlənilir... Bəli, Hüseyn Məhəmmədov “Araz”dan gedib. Əslində bu kimi futbolçularla yolları ayırmaq istəməzdik. Çünki onun təcrübəsi, futbol aləmində gördüyü iş hamıya məlumdu. Azrbaycan futbolunda ad qoyub. Gənclər üçün böyük örnəkdi, hər bir klubda ona ehtiyac var. Onunla söhbətimiz oldu. Öz övladlarının gələcəyini qurmaq, futbolumuza neçə-neçə hüseynlər bəxş etmək fikrindədi. Sadəcə hər adamın öz istəyi, seçimi var. Düzdü bunu “Araz”da da edə bilərdi, amma, o öz uşaqlarının yanında olmaq istədi. Ola bilsin Hüseynin əvəzinə kimsə gətirəcəyik. Bu yaxınlarda kim olduğunu biləcəksiz. Onun kimi təcrübəli, ya da alınmasa gənc qapıçı gətirəcəyik. Hələlik iki qapıçımız var, biri cavandı, 1994 təvəllüdlüdü. Əlavə bir qapıçı da götürəcəyik”. Əsgər bəydən yoldaşlıq görüşləri haqda da soruşduq: “Bəli, keçirəcəyik. “Neftçala” ilə görüşümüz olacaq, əlavə bir neçə komanda ilə də danışacağıq. Özü də güclü komandalarla oynamaq istəyirik. Yoldaşlıq görüşündə əsas məqsəd nəticə yox, komandanın nəyə qadir olduğunu aşkarlamaqdı. Zəif, güclü tərəflərin, əsas heyətin müəyyən edilməsidi. Ona görə də hətta, premyer-liqa komandaları ilə görüşmək istəyirik ki, sonra aldanmayaq. Rəqib nə qədər güclü olsa komandamızın da problemlərini o qədər tez aşkarlayarıq. İndiyə qədər iki tərəfli oyunlar keçirmişdik, amma, başqa komandalarla qarşılaşmamışdıq. Baxışa gələnlər o qədər çox olur ki, hər həftənin axırında tsikl kimi ikitərəfli görüş keçiririk. “Neftçala” ilə oyun bu baxımdan ilk olacaq. Oyun iyulun 30 ya da 31-də Naxçıvanda yeni təmirdən çıxmış stadionumuzda baş tutacaq. Gələn futbolçulara məşqlərdə və oyunda özlərini göstərmək üçün müddət verilir. Stadionun təmiri tam başa çatdırılıb, şərait yaxşılaşdırılıb. Qane edənləri saxlayıb, qalanlarını göndəririk. Ola bilsin Naxçıvandakı komandalardanibarət yığma ilə görüşək. Bir çox yaşlı futbolçular limit qoyulduğu üçün kənrda qalır. Ola bilin həmin futbolçulardan ibarət, yaxud, başqa bir güclü komanda ilə görüşək. Türkiyədə turnirə getməyimiz də mümkündü. Məndə olan məlumata görə Ərzurumda keçirilən turnirdə “Araz”ı da görmək istəyirlər. Təbii, biz də ora getmək fikrindəyik. Türkiyənin tanınmış komandalarından hansılar var? Dəqiq məlumatım yoxdu, amma, səhv etmirəmsə güclülər dəstəsinin, yəni, əsas liqanın 4-cü yeri tutmuş komandası da iştirak edəcək. Neçə komanda olacaq, oyunlar necə keçiriləcək bu haqda 1 neçə günə bizə deyəcəklər. Türkiyəyə gedəsi olsaq yəqin ki, Bakıya gələ bilməyəcəyik. Bu yaxınlarda sözügedən məsələlərə aydınıq gələcək. 21 yaşa qədər futbolçulardan təxminən 14, 15 nəfər tapmışıq. Yenə də axtarışlarımızı davam etdirəcəyik. Bir neçə yoxlama görüşündən sonra gənclərin seleksiya işini başa çatdıracağıq. Qalan şeylər problem deyil”.
Posted on: Sun, 04 Aug 2013 11:00:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015