Artıq neçənci dəfədir ki, ABŞ səfiri ölkədə baş verən - TopicsExpress



          

Artıq neçənci dəfədir ki, ABŞ səfiri ölkədə baş verən məlum olaylarla bağlı öz narahatçılığını bildirir və sadəcə bu qədər. Aydındır ki, biz daha artığını gözləyirik. Necə də olsa, obrazlı desək, dünya vahid orqanizmdir, onun bir immun sisteminin olmasını düşünürük, hesab edirik ki, bu orqanizm onun bətnində olan zərərlilərə hansısa bir əks-təsir göstərməlidir... Konkter ABŞ-a gəldikdə, o, diktatorların ifşa edilməsində, bir sıra gizli əməllərinin faş edilməsində maraqlıdır, buna səy göstərir, maliyyə qoyur. Sonra isə, hansısa anlaşma məqamı gəldikdə, onun təklifləri mahiyyətcə belə deyir: "əzizim, bütün dünya, o cümlədən sən özün də bilirsən ki, diktatorsan. Vəziyyət çox qəlizdir, çox... Ama bir şey düzüb-qoşarıq. Gör neynirsən..."
Posted on: Mon, 15 Jul 2013 21:10:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015