Avropa Liqasının təsnifat mərhələsinin dünən baş tutan - TopicsExpress



          

Avropa Liqasının təsnifat mərhələsinin dünən baş tutan oyunlarında Azərbaycan təmsilçilərindən “Qarabağ” səfərdə Makedoniya “Metallurq”una qalib gəlsə də, “Xəzər Lənkəran” proqnozların əksinə olaraq, cırtdan ölkə Maltanın təmsilçisi “Slima”ya qalib gələ bilməyib. Halbuki Lənkəran təmsilçisi rəqibindən həm büdcəsinə, həm şəraitinə, həm də futbolçularının səviyyəsinə görə üstün komanda hesab edilir. Qeyd etmək yerinə düşər ki, UEFA-ın reytinq cədvəlində ən zəif rəqib də məhz “Xəzər Lənkəran” düşüb. Hazırda Malta təmsilçisi 450 komandanln yer aldığı siyahıda 403-cü yeri tutur. “Xəzər Lənkəran” isə “Slima”dan düz 81 pillə öndə - 322-ci yerdədir. Bu mənada, “Xəzər Lənkəran” cavab matçında həm qalib gəlib həm növbəti mərhələyə keçməyə, həm də Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırmağa borcludur. Əks halda bu, komandanın tarixinə əsl biabırçılıq kimi düçə bilər. Necə ki, dünənki 1:1 hesablı nəticəni də heç cürə klubun adına yaraşdırmaq olmur. UEFA reytinqindən söz düşmüşkən, hazırkı durumda “Slima”dan sonra ən zəif rəqib Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq Albaniya “Skandeerbu”sudur. Bu komanda 336-cı yerdə qərarlaşıb. “Neftçi” isə Azərbaycan klubları arasında hamıdan yüksək mövqedə - 227-ci yerdədir. Son Azərbaycan çempionundan bir pilləki yeri (228) isə “Qarabağ” turur. Ağdam komandasının dünən məğlub etdiyi “Metallurq” 353-cü pillədədir. Avropa Liqasında üçüncü təmsilçimiz olan və siyahıda 264-cü yerdə qərarlaşmış “İnter”in rəqibi “Mariexamn” isə qitəmiqyaslı yarışlarda ilk dəfə iştirak edəcəyi üçün hələlik reytinqdə yer almır.
Posted on: Wed, 03 Jul 2013 08:42:09 +0000

Recently Viewed Topics




© 2015