Avtobusun içi kiçildilmiş bir dünya kimidir. Universitetdə - TopicsExpress



          

Avtobusun içi kiçildilmiş bir dünya kimidir. Universitetdə susmaq bilməyən riyaziyyat müəllimi oturacaqda mürgüləyər.. Qızın sevmədiyi oğlandan aldığı üçün yerə atdığı gülü başqa bir kişi evdəki bədbəxt arvadına aparmaq üçün yerdən sevinərək götürər və həyəcanla avtobusun çatmasını gözləyər.. Öndə əyləşən yorğun qocanın üzündəki illərin qırışları.. Bütün yol boyu iş barədə düşünən bir fəhlə, beynindəki uğursuz fikirləri canlandırmaq üçün bütün ömürünü xərcləyərkən, hər axşam evə gələndə arvadı "bu nə yaşayışdır yaşayırıq" deyib hər şeyi heç edər.. Öz yorğun dizlərindən bezən qocanın bir uşaq vücudunda var olmaq istəyinin üzündə yaratdığı ifadə.. Ayaq üstə dayanan cavan oğlanların yuxarıdan-aşağıya qızlara baxması.. Dayanacaqdan əvvəl enmək qədər vacib ,avtobusu idarə edən sürücünün "arxaya sıxlaşın" deməsi qədər anlamsızdı həyat..
Posted on: Sat, 21 Sep 2013 07:52:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015