Awura qatilinin aqibeti Ömər ibn Səd Əhli-sünnə - TopicsExpress



          

Awura qatilinin aqibeti Ömər ibn Səd Əhli-sünnə rəvayətlərinə görə, cənnətlə müjdələnmiş on nəfərdən biri olan məşhur səhabə Səd ibn Əbu Vəqqasın oğludur. Rey şəhərinin valiliyini əldə etmək arzusu ilə Imam Hüseynə (ə) qarşı göndərilən qoşunun sərkərdəliyini öhdəyə almışdı. Ömər ibn Səd əvvəlcə qarşı tərəflə barışıq yaratmağa çalışırdı. Amma Ibn Ziyadın və Şimrin təhrikləri sayəsində o da sərt mövqeyə keçdi. Aşura günü Imam Hüseynə (ə) və silahdaşlarına qarşı vuruşan qoşunun komandanı Ömər ibn Səd idi. Aşura faciəsindən sonra Ömər ibn Sədlə Übeydullah ibn Ziyadın münasibətləri pozuldu. Qəzəblənmiş Ibn Ziyad Rey şəhərinin valiliyini ona verməkdən imtina etdi. Məqsədinə çatmayan Ömər ibn Səd üstəlik, camaatın da nifrətini qazandı və xanənişin oldu. Muxtarın əsgərləri Ömər ibn Sədi yatağında tapdılar. O, qaçmağa cəhd göstərsə də, yorğanı ayağına ilişib yıxıldı. Ömərin başını yataqda kəsib Muxtar üçün gətirdilər. Onun Həfs adlı oğlu da atasının cinayətlərində şərik olduğu üçün qətlə yetirildi. _ilkin
Posted on: Sat, 16 Nov 2013 13:20:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015