Axşam-axşam Nazim Hikmet`dən çox sevdiyim bir şeirini - TopicsExpress



          

Axşam-axşam Nazim Hikmet`dən çox sevdiyim bir şeirini dilimizə çevirdim. Oxuyun, şeirdən zövq alın... BİR AYRILIĞIN HEKAYƏSİ Kişi qadına dedi ki: - Səni sevirəm! Amma necə? Sanki şüşədən olan qəlbimi ovuclarımda sıxıb Barmaqlarımı qanadaraq Qırarcasına... Dəli olarcasına Kişi qadına dedi ki: - Səni sevirəm! Amma necə? Kilometrlərlə dərin, kilometrlərlə dümdüz... Yüzdə yüz, yüzdə min beş yüz. Yüzdə hüdudsuzca yüz... Qadın kişiyə dedi ki: - Baxdım. Dodağımla, ürəyimlə, başımla Sevərək, qorxaraq, əyilərək Dodağına, ürəyinə, başına... İndi nə söyləyirəmsə Qaranlıqda bir fısıltı kimi sən öyrəttin mənə Və mən artıq bilirəm: Torpağın üzü günəşli bir ana kimi ən son və ən gözəl uşağını əmizdirdiyini... Fəqət neyləyim Saçlarım ölməkdə olan barmaqlarına dolanıb Başımı qurtarmaq qəbulum deyil! Sən Getməlisən... Yeni doğulan körpənin gözlərinə baxaraq... Sən Getməlisən... Məni buraxaraq... Qadın susdu. QUCAQLAŞDILAR... Bir kitab düşdü yerə Bağlandı bir pəncərə AYRILDILAR...
Posted on: Sun, 29 Sep 2013 16:58:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015