«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı»nın - TopicsExpress



          

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı»nın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək,tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi ,mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Birlik bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək üçün elmi konfranslar,müsabiqələr,olimpiadalar,elmi-əyləncəli oyunlar,seminarlar,dəyirmi masalar,təlim kursları təşkil etmək; təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığını artırmaq; tələbələrin hüquqlarını müdafiə etmək; tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək,vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq; tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək; tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək; tələbə gənclər arasında mənfi vərdişlərə qarşı təbliğat işləri aparmaq,narkomaniya,alkoqolizm,cinayətkarlq,əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlər həyata keçirmək; respublikanın daxilində və xarici ölkələrdə keçirilən müsabiqələrdə,olimpiadalrda,sərgilərdə,festivallarda,idman yarışlarında istedadlı və yaradıcı tələbələrin iştirakını təmin etmək.
Posted on: Mon, 21 Oct 2013 18:09:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015