Azərbaycanda muğam hesab edilən 2 tip mövcuddur: 1. Milli - TopicsExpress



          

Azərbaycanda muğam hesab edilən 2 tip mövcuddur: 1. Milli musiqi ənənələrimizə uyğun, tar, kaman və qavalla müşayət edilən, klassik ədəbiyyatımızın zəngin xəzinəsinə əsaslanan və Heydər Əliyev fondunun da dəstək verərərk dünyaya tanıtdığı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına düşmüş musiqi. Bütün musiqi zövqü normal olan insanlar məhz bunu muğam hesab edir və qulaq asırlar. Muğam məhz budur. 2. Toylarda, özəl televiziyalarda, avtobus və taksilərdə gitara və qarmonla müşayət edilən, ötən əsrdə meydana çıxmış, mərsiyəxan təfəkkürünün məhsulu. Məsələn - ana dedim bacı düşdü yadıma, qardaş dedim dayı düşdü yadıma və sair. BU tip musiqini (belə demək caizsə) musiqi zövqü qənaətbəxş olmayan, mahnıya qulaq asıb ağlamayan, yırğalanan, yuxuya gedənlər, günün yarısını "musiqi" ilə keçirənlər tərcih edirlər. İkincini muğam deyil başqa 1 şey adlandırsaq daha yaxşı olar. Ən azından muğamın digər musiqidən seçilə bilməsi üçün.
Posted on: Sat, 17 Aug 2013 08:16:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015