Azərbaycanlisansa özünü vətəndaş sayirsansa sona kimi - TopicsExpress



          

Azərbaycanlisansa özünü vətəndaş sayirsansa sona kimi oxu..!!! Cəmil Həsənlidən ilham eliyeve sərt zərbə.!Milli Şura namizədi MSK-dan İlham Əliyevin namizədliyinin ləğv olunmasın tələb etdi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya geniş şikayət ərizəsi yazaraq hazırkı ölkə başçısı İlham Əliyevin bu seçkidə namizədliyinin ləğvini istəyib. C.Həsənli İ.Əliyevin üçüncü dəfə prezidentliyə iddia etmək hüququnun olmadığını əsaslandırıb. Onun MSK-ya ərizəsi facebook-da yayılıb. Ərizəni təqdim edirik:“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2013-cü il tarixli və 9/68 saylı qərarı ilə hazırda Azərbaycan Respublikası Prezidenti olan Əliyev İlham Heydər oğlunun Yeni Azərbaycan partiyası tərəfindən üçüncü dəfə prezidentliyə namizəd irəli sürülməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2013-cü il tarixli və 19/113 saylı qərarı ilə hazırda Azərbaycan Respublikası Prezidenti olan Əliyev İlham Heydər oğlunun üçüncü dəfə prezident seçilməsi üçün namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli və 26/147 saylı qərarı mənim Azərbaycan Respublikası Prezidentliyə namizədliyim qeydə alınmışdır. Hesab edirəm ki, İlham Əliyevin iki il ard-arda Prezident olduqdan sonra, yenidən Prezident seçkilərində iştirakı və namizədliyinin qeydə alınması Azərbaycan Respublikası Konstitusiyasının bir sıra müddəalarına zidd olmuş və mənim prezident seçkilərində iştirak edən namizəd kimi legitim gözləntilər hüququmu pozmuşdur. İlk əvvəl Seçki Məcəlləsinin 177-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti (bundan sonra — prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar. Həmin Məcəllənin 54.10-ci maddəsinə əsasən Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 54.1-54.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Bundan əlavə Seçki Məcəlləsinin 60.2-ci maddəsinə əsasən namizəd barədə məlumatların düzgün olmaması namizədin qeydiyyatından imtina əsasdır. Həmin Məcəllənin 113-1.1-ci maddəsinə əsasən seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər. Hesab edirik ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd İlham Heydər oğlu Əliyevin namizədliyi Azərbaycan Respublikası Konstitusiyasının 7 və 100-cü maddələrinin tələblərinə cavab vermədiyi üçün təsdiq edilməməli, təsdiq edildiyi təqdirdə isə qeydiyyatından imtina edilməli idi. 27 avqust 2013-cü il tarixdə anoloji olaraq Azərbaycan Respublikası MSK-sı Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi “Milli Şura” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi haqqında 20/118 saylı qərar etmişdi. İlham Əliyevin namizədliyinin Azərbaycan Respublikası Konstitusiyasının uyğun olmaması aşağıdakı dəlillərlə əsaslandırırıq. İlham Əliyev ilk dəfə 2003-cü ildə, ikinci dəfə 2008-ci ildə prezident seçilərkən Andiçmə mərasimi zamanı YAP-ın yenidən Prezident olmuş namizədi, əlini Konstitusiyaya qoyaraq, “Konstitusiyaya əməl edəcəyinə…” söz verdi. And içdiyi zaman qüvvədə olan Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi heç kəsin iki dəfədən artıq təkrarən Prezident seçilə bilmədiyini müəyyən edirdi. Bu qeyd-şərtsiz bir müddəadır. “ “Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikasının Prezidentinə şamil edilir.” (keçid müddəa 3) lham Əliyev 2008-ci ilin oktyabrında ikinci dəfə Prezident vəzifəsinə seçildi. Həmin zaman qüvvədə olan Konstitusiyanın 101.5 maddəsi “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” nəzərdə tuturdu. Hüquq baxımından seçiçilər, İlham Əliyevə səs verərkən, həmin məhdudiyyətdən doğan gözləntilərin daşıyıcısı sayılırlar. Seçki kampaniyası zamanı nə İlham Əliyev, nə də onun vəkilləri bu məhdudiyyətin ləğv ediləcəyinə dair planları haqqında seçicilərə açıq və aydın bəyan etməmişlər. Üstəlik, İlham Əliyev “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” Konstitusiya andı vasitəsilə qəbul etmiş sayılır. Legitim gözləntilər prinsipi belə təfsiri tələb edir. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” ləğv edən referendum nəticələrinin hüquqi qüvvəsi geriyə tətbiq edilə bilməz. Yəni, həmin nəticələr 31 mart 2009-cu ildən sonra (Konstitusiya düzəlişlərinin rəsmən qüvvəyə mindiyi gün) ilk dəfə seçiləcək Prezidentə şamil edilə bilər. Başqa sözlə, İlham Əliyev ikinci müddətini başa vurduqdan sonra yenidən Prezident seçkilərində namizəd kimi iştirak edə bilməz. Qanunun geriyə tətbiqini qadağan edən prinsip belə nəticəni labüd edir. Yeri gəlmişkən, Konstitusiyanın öz tarixi (drafting history) da bunu aydın göstərir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın keçid müddəalarının 3-cü bəndində yazılmışdır: “Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.” Eyni yanaşma 101-ci maddənin 5-ci hissəsini ləğv edən düzəlişə də tətbiq edilməlidir (yalnız gələcəyə şamil olunmalı). Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsindəki mətnə gəldikdə isə orada yazılır: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, … normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.” Bu müddəanın “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin” aradan qaldırılmasına heç bir aidiyyatı yoxdur. Belə ki, Prezident olmaq vəziyyəti yaxşılaşdıran hal kimi qəbul etmək olmaz. Çünki, prezident olmaq çox ağır bir yükün altına girmək deməkdir. Prezident olmaq hüquq deyil, vəzifədir. Adi insanlardan fərqli olaraq, Prezidentin azadlığı xeyli məhduddur. Bunun müqabilində o, hamıdan yüksək maaş, güclü mühafizə və s. kimi təminatlar vasitəsilə azadlığının məhdud olmasının təzminatını alır. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin” aradan qaldırılmasının “fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran” kimi hesab olunması Prezident vəzifəsi haqqında kökündən yanlış təssəvvürün olmasından xəbər verir. Bir başqa və çox vacib məsələ daha var. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyəti” şəxsi yox, institusional səciyyə daşıyır. Onun “Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə aid tələblər” adlanan 100-cü maddədə deyil, “Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları” adlanan 101-ci maddədə təsbit edilməsinin çox böyük önəmi var. Buradan aydın görünür ki, həmin məhdudiyyət Prezident seçilmək iddiasında olan şəxslərə yox, təkbaşına icra hakimiyyəti orqanı olan Prezident təsisatına aiddir. Bu iki yanaşmanı qarışdırmaq olmaz. Bundan əlavə Avropa Şurasının Venesiya Komisiyası 2009-cu il martın 16-da həmin ildə Azərbaycan Respublikasında Konstitusiya dəyişikliklərinə dair rəyini açıqlayıb. Həmin rəyin 3-cü hissəsi Prezidentin 2 dəfə seçilmə müddətinə qoyulan qadağanın aradan qaldırılması barədədir. Rəydə bildirilirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır». Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Belə olan təqdirdə hesab edirik ki, İlham Əliyevin 2013-cü il prezident seçkilərində üçüncü dəfə namizədliyinin irəli sürməsi həmçinin Konstitusiyanın 7-ci maddəsinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 7, köhnə redaksiyasının 101-ci maddəsinə, Seçki Məcəlləsinin 112-113-cü maddələrinə əsasən Xahiş edirəm: İlham Heydər oğlu Əliyevin 2013-cü il prezident seçkilərində üçüncü dəfə namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edəsiniz #ilhamistefa #İlhamget #CəmilBəyGəlir..!!
Posted on: Thu, 03 Oct 2013 20:30:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015