BUDUR SİZƏ SÖZÜM, VƏTƏN QIZLARI Budur sizə sözüm, - TopicsExpress



          

BUDUR SİZƏ SÖZÜM, VƏTƏN QIZLARI Budur sizə sözüm, Vətən qızları, Dinləyin, qulaqdan sırğatək asın. Seçin əyriləri, seçin düzləri, Dostu əzizləyin, düşməni basın. Keçmişi keçmiş tək silib atmayın, Adət-ənənəni saxlayın kök tək, Üstündə becərin yeni gövdələr, Yeni pöhrələrlə sevinsin ürək. Unutmayın Həcər, Nigar nənəni, Aslanın erkəyi, dişisi olmaz. Göz bəbəyi kimi sevin Vətəni, Vətəni sevməyən insan sayılmaz. Uymayın Avropa modalarına, Hər kəs öz donunda, qınında gərək. Bu gün bir gənc qızsan, sabahsa ana, Yaramaz görünsün göbək və kürək. Böyüt yumağını, öz yumağını, Çalış millətinçün, çalış elinçün. Böyütmə özgənin yad yamağını, Yaşa Vətən, ana, qızın, oğlunçün. Azəri adını boya zərlərə, Uca et başını hər an millətin. Qəhrəman ana ol igid ərlərə, Görk olsun qeyrətin, adın, şöhrətin.
Posted on: Fri, 07 Feb 2014 18:06:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015