Bakıda avtobuslarda gediş haqqı bu ayın sonundan etibarən - TopicsExpress



          

Bakıda avtobuslarda gediş haqqı bu ayın sonundan etibarən kart sistemi ilə ödəniləcək. Bu kartlar vasitəsi ilə nəinki nəqliyyat vasitələrində ödəniş etmək, müxtəlif ticarət obyektlərində alış-veriş hesabı ödəmək də mümkün olacaq. Kartın balansına istənilən qədər pul qoymaq imkanı olacaq. Qeyd edək ki, hazırda banklardan biri tərəfindən hazırlanmış həmin kartlar sınaqdan keçirilir. Kartların sayı yaxın gələcəkdə 500 minə çatdırılacaq. Kartlar üçün ödəmə yerlərinin sayı isə təxminən 5 minə çatacaq. Kartların qiyməti 1 manat olacaq. Quraşdırılan post-terminallar vasitəsilə həmin karta gediş üçün pul yükləmək mümkün olacaq. Gələcəkdə müxtəlif bankların da kartlarla bağlı işə cəlb edilməsi gözlənilir. Onu da qeyd edək ki, avtobusda quraşdırılan ödəmə qurğusu 2 hissədən ibarətdir. Biri sürücünün sağ tərəfində arxada, digəri isə -kontrol panel adlanır- sürücünün gözünün qarşısında olacaq. Bu proses onlayn izlənəcək. Sahibkarlar istənilən avtobusda gediş haqlarının ödənilməsinə nəzarət edə biləcəklər.
Posted on: Mon, 15 Jul 2013 19:44:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015