Belə Sevdim Mən Səni... Böyük bir ürəklə sevdim. - TopicsExpress



          

Belə Sevdim Mən Səni... Böyük bir ürəklə sevdim. Gözlərim deyil, Ürəyim idi Səni görən... Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun ürəyimə. Bir başqa yerdə ola bilməzdin onsuz da. Sən, Mənim ən qiymətli yerimdə, Ürəyimdə olmalı idin, orada qalmalı idin... Çox eşqə ev sahibliyi edən bu Ürək, ilk dəfə bu qədər asan qəbul etdi Səni. Hər hansı bir Qonaq deyil idin artıq. Buna görə nə qarşılama təlaşı vardı, nə də yola salma. O Ürəyin gerçək sahibi idin... İndi payız, qışa giririk... Mən dörd mövsüm baharı yaşadım Səninlə. Çiçək-çiçək açdın ürəyimdə. Göy qurşağı zəif qaldı, Sənin rənglərin qarşısında. Təzə bir yarpaq kimi yaşıl idin. Təravətli idin çəhrayılığınla. Üzərinə qar dənələri düşmüş Sarı Gül idin. Qırmızı idin bir atəş kimi. Və mavi idin... Ən çox da bu rənglə xatırlamağı Sevdim Səni. Dənizə tutqun oluğumu bilirdin, Dənizi Sənsiz, Səni də Dənizsiz düşünə bilmədim Sevgilim... Səni sevərkən dünyanı da sevdim Mən, insanları da... Özümə belə dar gəlirkən, içində hər kəsə yer olan bir Həyatın sahibiydim artıq. Ən qızğın, ən dözümsüz olduğum anlarda belə, səni düşünmək çatdı mənə. İçimdəki sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən Sənin sevgin idi və Mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə gözəl bir şey olduğunu anladım Səninlə... Hər şeyə baxmayaraq Sevdim Səni. Güclüydüm və aşa bilməyəcəyim heç bir çətinlik yox idi. Böyük bir şəhərə, böyük bir ölkəyə baş tuta bilərdim. Sən əlimdən tutduğunda, partlamağa hazır bir vulkan kimi hiss edərdim Özümü. Mənzil Sən idin və Mən o Mənzilə çatmaq üçün önümə çıxan hər şeyi yox edə bilərdim. Sənə çatmama maneə törədəcək hər şeyi əridərdim, kül edərdim. Sənə çatdığımdasa sakit bir gölə çevrilərdim. Və o gölə bir Tək Sən girə bilərdin. Sevdim və pərəstişkardım da... Hər halın çəkdi məni. Duruşunu, yatmanı, gülməni, hirslənməyini, mat qalmağını, saflığını, hiyləgərliyini, uşaqlığını, yetkinliyini sevdim. Səsini də sevdim Susqunluğunu da... Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni və o doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa bilmədim çox vaxt. Sığmadın cümlələrə və heç bir cümlə Səni kifayət qədər təsvir edəcək qədər dərin olmadı. Səni sevərkən yorulmadım. Çünki, Sən həyat qaynağı idin. Hər gün yeniləndim... Səninlə çoxaldım, böyüdüm. Əskik qalan nəyim varsa tamamladın. Ölməyəcəkdim, Çünki, Sən Ölməzliyin də Özü idin... Sonunda Məni tərk edib getdin... Hər şeyi bir anda sanki su içərək kimi asanca silib getdin. Elə getdin ki, Gedişinlə o Sevdiyim Dünya gözlərimdə qap-qara qaraldı. o sevdiyim Həyat gözümdə söndü... Mənasızlaşdı, balacalaşdı və dəyərini itirdi... Hər şeyə, Hamıya nifrət etməyə başladım... Gecələri yatmadım... Hər gecə Səndən tək yadigar qalan şəklinə baxaraq ağladıqca ağladım... ama Sən bilmədin. Şəklini qucaqladım, ürəyimin üstünə qoyaraq yuxuya getdim... Hər gecə Sevgilim... Hər gecə... Gecələri sevdiyimi bilirdin... Səni tapandan sonra Gecələri daha da çox sevdim... Səhərlər Sənin şəklinə baxaraq oyandım. ilk Səni salamladım... Amma Sən bilmədin Sevgilim... Bilmədin Sənsiz nə hallara düşdüyümü, Bilmədin Sənsiz özümü bir heç sandığımı, Bilmədin hər gecə gözlərimin yaşının qurumadığını, Bilmədin hər yerə baxdığımda Səni gördüyümü, Bilmədin Səninlə qurduğum xəyalların Başsız qaldığını, Bilmədin Körpə Uşağın Anasına möhtac olduğu kimi Sənə möhtac olduğumu, Sənə ehtiyac duyduğumu, Bilmədin Sənsizliyin Mənə Olümdən betər olduğunu... ...Bilmədin Sevgilim... Artıq Sən yoxsan... Sənə ürəyimdə deyilməmiş o qədər sözlərim qalıb ki... Unutmağa çalışdım... Amma nə etsəm də Unudulmadın. Unuda bilmədim. Səni Mənə heç nə unutdura bilmədi, bacarmadım Sevgilim... Səni bir gün Unudaram deyə sevməmişdim ki... Bilmirəm... Səni yenə görə biləcəyəmmi, o qara Gözlərini, o Ürəyimin yarasına məlhəm olan Səsini eşidə biləcəyəmmi... Ümid edirəm bəzən görəcəm bir gün deyə... Bəzən də ümidlərim yoxa çıxır... Səni çox Sevdim, və həmişə də Həsrət qaldım... Odur ki, söyləyirəm... - "Səni Mənim qədər Sevən, Sənə Mənim qədər Həsrət Qalsın!" Müəllif İntiqam İsmayılov
Posted on: Sat, 20 Jul 2013 16:05:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015