Bir məqalə başlığı oxudum, mənasız olduğundan adını - TopicsExpress



          

Bir məqalə başlığı oxudum, mənasız olduğundan adını demirəm. Söhbətin kökü elə kökün özündən gedirdi. Ölkənin kökünün. Daha doğrusu köklərinin. Azərbaycan dilində oxuduğum bütün zirzibil (oxu: elmi ədəbiyyat) yadıma düşdü. Hamısı təkid edir ki, Azərbaycan qədimdir. Lap e, lap kökündən qədim. Bir dünya ədəbiyyatı (milliyyətçilər üçün oxu: zirzibil) bunu yazmır. Bu əldəndüşmüş kefimin üstünə Qarabağ da gəldi. Bilmirəm niyə. Görünür kök məsələsi məhz Qarabağdan başlayırmış. Az qala Azərbaycanlı deyir onun kökü, erməni də deyir onun kökü Qarabağdan başlayır (yarandığım gündən Qarabağ mənimdi məhz bu iddiadı). Bəlkə buna görə. Bir erməni bir azərbaycanlı üçün düşməndi. Bir azərbaycanlı da bir erməni üçün düşməndi. Hər iki tərəf də əjdahadı. Çin mifologiyası bunların ikisinin də qədim obrazları əsasında qurulubmuş sanki. Amma hal-hazırda bir tərəf məğlub, bir tərəf də Respublika qurub. Qondarmadı, hər nədi, hamı faktdan danışanda əvvəlcə o faktı adamın gözünə soxur ki, faktiki ölkənin yiyəsi İlham Əliyevdi. Faktiki, Qarabağın yiyəsi ermənilərdi. Biri deyə bilər ki, fakt axtarırsan get kitabxanaya arxivi aç oxu. Mənim də deməyim odur ki, məsələn Mədəniyyətşünaslıq fənnindən elmi ləvazimatda Qədim Roma haqqındakı bir keçiddə Heydər Əliyev adı ortaya çıxırsa, kökün nə aidiyyatı var buna? - ya bunu yazan alimin elmə nə aidiyyatı var? Adam oxuyanda onu az qala Qədim Romanın yaradıcısı kimi qəbul etmək məcburiyyətində olur. Bir alimcik də deyir, Atropaten türkcə danışıb, halbu ki, Türkün əsər əlaməti bu ərazilərə IX-X əsrlərdə gəlib. Biri deyər Dədə Qorqud bunu yazıb. Bir İngilis türkşünası da durub XII-ci əsrin Cambridge Universitetində çap etdirdiyi elmi işlərini çıxarar rəflərindən, çırpar var gücü ilə masanın üstünə ki, al bunun qarşısına arqument qoy, onda mən də bilim ki, iddia etdiyim Dədə Qorqud XV-ci əsrdə yazılıb tezisi səhvdi. Bircə qalıb bir alimcik durub Qobustanın ana dili Azərbaycan dili olub desin. Bir azdan bir erməni alimciyi Azıxantropun erməni olduğunu iddia etsə heç təəccüblənməyəcəm. Qarabağdan yenə kənarlaşdım. Erməni qırıb. Azərbaycanlı qırıb. Erməni düşmən. Azərbaycanlı düşmən. Amma bir-birinə qonşu. Tarixi boyu qonşu. Kökündən qonşu. Əslində bu iki xalqı bir-birindən daha yaxşı tanıyan başqa birisi olmamalıdı. Eurovision ərəfəsi müxalifətin xarici mətbuatlara göstərdiyi çəkiliş yerlərinə, verdiyi müsahibələrə qarşı çıxan yaxçı uşağların dillərində qaymaq dadı kimi tam buraxan siz evdə olanı gedib küçədə danışırsız? Noolub indi hər problemi gedib Avropa mediasına şikayət eliyirsiz? - Ailə ənənəsi gəldi ortaya çıxdı. Pis də deyil. Normaldı. Olsun. Kommuna ailədirsə, onda bəs Cənubi-Qafqaz kommunası ailə deyil? Üç qardaşdan biri deyir, dədəm Sovetin buraxdığı mirasın çox hissəsi mənimdi, amma indi Qarabağ hissəsini özümə götürürəm. Qardaşın o biri də deyir, mən səndən yaşlıyam, səndən mədəniyəm, səndən ağıllıyam, qüdrətliyəm. Bu həmişə mənim olub, sən də mənim olubsan! Mən sənə göstərərəm! deyib gedir Minsk Qrupuna şikayət edir. (Üçüncü qardaş - Gürcüstan - illər əvvəl imtina edib ikisinin də yaşından, mədəniyyətindən, ağlından və qüdrətindən. O da acından ölür, amma Rusa qarşı, rüşvətə qarşı, öz inadı uğrunda vuruşub acından ölür.) İndi bu şikayət Eurovision ərəfəsindəki şikayətdən nəyi ilə fərqlənir? Həəə, indi çatır, bizdə ailədə olan problemi kiməsə şikayət etmək podlodu, amma iki qarşındakını beş yaxçı oğlanın qabağında niprav çıxartmaq şikayət eləmək sayılmır...indi bildim. Azərbaycan Ermənistanı biabır etmək istəyirmiş. YAP. Azərbaycanın içində, amma Minsk Qrupunun köməyi ilə...yoxsa nəsə qarışıq düşür?! Sizdə belə şeylər sual oyatmır? Məni yatmağa qoymur...elə bu dəqiqə. Bunları yazdığım ərəfədə Murad Həsənli ilə Georgi Vanyanın söhbəti yadıma düşdü: Söhbət bizim aramızda deyil?! Niyə bizim ixtiyarımız yoxdu qabaq-qabağa oturub bu söhbəti özümüz həll edək? - bu sualı hansınız özünüzə vermisiniz? Kökdən başladım, köklə də bitirim. Adamın kökü olsa idi, o yeriyə bilməzdi. Yəni, bu haqda düşünmək, adamı bir yerə bağlayır. Dünyadan təcrid edir. Bir ölkə, bir kök sizin qürurunuz ola bilməz. Ən azı ona görə ki, həmin ölkənin yaranışı sizin nailiyyətiniz deyil; ona görə ki, siz qürura layiq deyilsiniz. Oturub danışanda Qarabağ gedib, Zəngəzur gedib, İrəvan gedib, Dərbənd gedib, Təbriz gedib... deyirsiniz. İndi təkrar edirəm: siz qürura layiq deyilsiniz. Ən pisi də odur ki, özünüzü aldadırsınız. Aranızdakı bir alimcik sizin özünüzü aldadır - sonunda medalcıq almaq üçün. Onun vecinə deyil siz kimsiniz, nəçisiniz, kökünüz nədi. Onu bu gün Azərbaycan Prospektində bir mənzil və döşündə bir medal maraqlandırır. O dəqiq bilir nəyi danışsa o mənzili ala bilər, siyasət budur, fərqiniz də elə burdadı, o alimcik olub sizi heçkim hesab edir, siz isə siyasətə qarışmadan kök axtarışında onların yazılarını oxuyursunuz. Siyasətdən qorxan siz özünüz siyasətin KÖKüsünüz...getdim kökəlməyə, gecəniz və kefiniz kök olsun!
Posted on: Fri, 07 Feb 2014 00:39:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015