Bir quşun hər vəziyyətdə Allahı zikr etməsi Ayələrdən - TopicsExpress



          

Bir quşun hər vəziyyətdə Allahı zikr etməsi Ayələrdən görürük ki, Allah-Təala insanların Ay, Günəş, ulduzlar, dağlar, ağaclar, heyvanlar kimi olmadığına işarə edir. İnsanlara seçim etmək imkanı verilib. Nəticə etibarilə bir hissəsi seçim edərək, “La ilahə illəllah”ı qəbul edib, bir hissə isə bütlərə tapınaraq müşrik olub. Bunu anlamaq üçün, Süleyman peyğəmbərin (ə) dövrünə aid, bir quş ilə bağlı hadisəyə nəzər salaq. Bu əhvalatda olduqca önəmli, götürülməli ibrətlər var. Həzrət Süleymanın (ə) dövründə bir nəfər gözəl bir quş alır və həmin quşun çox gözəl səsi olur. Həmin şəxs quş üçün min dirhəm pul ödəyir, evinə gətirərək qəfəsə qoyur. Bir müddətdən sonra onun cinsində olan eyni bir quş onun qəfəsinin yuxarısında dayanır və onlar nəsə ciggildəşirlər. Bir müddətdən sonra həmin quş uçub gedir. Həmin quş gəlib gedəndən sonra artıq qəfəsdə olan quş heç bir zaman gözəl səsini səsləndirmir. Yiyəsi çox narahat halda, o dövrdə quşların, heyvanların dilini bilən Həzrət Suleymanın (ə) yanına gəlir. Şikayətini və hadisəni Həzrət Suleymana (ə) çatdırır. Həzrət Suleyman (ə) quşun öz dilində ondan baş verən hadisəni və oxumamasının səbəbini soruşur. Quş cavabında bir neçə dəlillər göstərir. Həzrət Suleymana (ə) deyir: “Mənim sahibimə de ki, indiki halda, qəfəsdə olduğum vəziyyətdə səsim çıxmayacaq. Əgər bu vəziyyətdən nicat tapsam, oxuyaram”. Həzrət Suleyman (ə) ondan səbəbini soruşanda, deyir: “Mənim qəfəsimin üzərində uçub dayanmış quş bir cümlə söylədi: ”Sən öz səsinə görə qəfəsə düşmüsən. Lakin, bizim səsimiz olmasa da, azadıq”". Həzrət Suleyman (ə) onun sahibinin pulunu qaytarır və quşu azad edir. Quş azad olandan sonra asimanda bu zikri deyərək o tərəf-bu tərəfə uçur: “Sübhandır o Kəs ki, məni bu mübarək səslə yaradıb, mənə havada uçmaq tofiqatını verib və məni qəfəsdə qərar verib”. Yəni quş hər üç halda Allaha şikayət etmədiyini zikr edir. İnsan bəzən yuxarıdakı mübarək əhvalatdakı quş qədər də olmur. Bir vəziyyətdə olanda bir cür, başqa bir vəziyyətdə başqa cür olur. Bu, bir daha onu göstərir ki, insanlardan başqa yaranmış bütün məxluqat hər bir vəziyyətində, hər bir halında Allaha itaət edir.
Posted on: Wed, 14 Aug 2013 06:36:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015