Bizim Fəaliyyetimiz: ADC yarandığı ilk günlərdən ŞD - TopicsExpress



          

Bizim Fəaliyyetimiz: ADC yarandığı ilk günlərdən ŞD xəstələrinin sosial dəstək sisteminin çox zəif olduğunu, əhali arasında maarifləndirmə işinin aşağı səviyyədə olmasını nəzərə alaraq yeni infrastrukturun yaranması üzrə tədbirləri həyata keçirməyə başladı. Bunun çərçivəsində istehsalçıların, müalicə və tibb müəssisələrinin, dövlət orqanlarının, kommersiya və ictimai qurumların Azərbaycanda diabetoloji xidmətin inkişafı üçün səmərəli fəaliyyətlərinin təminatı üçün məlumat fəzasının yaradılması nəzərdə tutulur. ADC öz məqsəd və vəzifələrini həyata keçirmək üçün ŞD aktual problemləri üzrə layihələr hazırlayır, onların həyata keçirilməsi üçün öz səylərini səfərbər edir, eyni zamanda ŞD üzrə elmi-populyar nəşrlərinin, tibb işçiləri və ŞD xəstələri üçün lazımi sosial reklamın (plakatların, bukletlərin, təqvim və s.) və ŞD problemlərinə həsr olunan əyani vəsaitlərin hazırlanıb yayılmasını təşkil edir. 2004-cü ildə ADC «Heydər Əliyev Fondu» ilə birgə «ŞD-li uşaqlara ən yüksək qayğı» layihəsini həyata keçirdi. Fondun müraciəti və «Novo-Nordisk» şirkətinin dəstəyi ilə 300-dən çox uşağa bir illik keyfiyyətli insulin və iynə-qələm verildi. Bu layihənin təqdimatında Beynəlxalq Diabet Federasiyasının Avropa üzrə prezidenti Vim Ventes iştirak etdi. 2005-ci ildə ADC «Diabet üzrə Dövlət Proqramı: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirtdi, bu tədbirdə Beynəlxalq Diabet Federasiyasının vitse-prezidenti Massimo Massi Benedetti də iştirak etmişdir. Eyni zamanda o, ADC-nin Şəkidə təşkil etdiyi seminarda da iştirak edib şəkərli diabet problemi ilə bağlı müzakirə oxumuşdur. ADC rəhbərliyi 1-ci tip ŞD xəstəliyinə tutulmuş gənc qızların ailə qurduqda sağlam körpə dünyaya gətirmək arzusunu ürəkdən dəstəklədi. Hamiləlik dövründə dölün normal və sağlam böyüməsi üçün müasir tibbi nailiyyət sayılan pompa adlanan cihazın əldə edilməsi zərurəti yarandı. Bu məqsədlə ADC 2007-ci ildə «Diabet və hamiləlik» layihəsini hazırladı və onun reallaşması üçün bir neçə şirkətə, dövlət orqanlarına və banklara müraciət etdi. Onların köməyi ilə insulin pompası alınaraq şəkərli diabet xəstəsi olan Xatirə Almazovaya verildi. Nəticədə o, dünyaya sağlam qız gətirən xoşbəxt ana oldu. Bu layihəni davam etdirərək ADC ana olmağa hazırlaşan Lalə İsayeva üçün də belə cihazın alnmasını təşkil etdi. 2007-2008-ci illərdə ADC rəhbərliyi MDB ölkələrinin ŞD Assosiasiyalarının Alma-ata və Bişkek şəhərlərində keçirilən konfranslarda iştirak edib. 27 iyul 2007 – ci il tarixdə Azərbaycan Diabet Cəmiyyətinin növbəti III- cü Qurultayı keçirildi.( “Firuzə” Biznes Mərkəsində) Qurultayda hesabat məruzəsi ilə ADC-nin sədri Mömunat xanım Ömərova çıxış etdi.Müzakirələrdən sonra qurultay qarşıdakı fəaliyyət üçün qərar qəbul etdi. Qurultay ADC –nin rəhbərliyini seçdi. ADC-nin sədri M.Ömərova, sədrin müavinləri Akif Muxtarov və Murad Mirzəzadə seçildilər. 9 nəfərdən ibarət ADC-nin İdarə Heyəti seçildi. Azərbaycan Respublikası Prezidenti yanında yaradılmış Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci ilin avqust ayında keçirilən müsabiqədə ADC-nin «Azərbaycanda ŞD sahəsində ictimai nəzarətin (monitorinqin) təşkili» mövzusunda olan layihəsini qalib elan edib. Bu layihənin çərçivəsində şəkərli diabet üzrə 2005-2009-cu illər üçün təsdiq edilmiş Dövlət Proqramının yerinə yetirilməsi üçün monitorinq (nəzarət) aparılmışdı. Layihənin rəhbəri ADC sədrinin müavini A.Muxtarovdur. Monitorinq Lənkəran, Zaqatala rayonları, Sumqayıt və Mingəçevir şəhərlərində keçirmişdir. Monitorinqin nəticələri ümumiləşdirilmiş, müsbət tədbirlərlə yanaşı müəyyən çatışmamazlıqlar da aşkar edilmişdir. Cəmiyyət tərəfindən keçirilmiş monitorinq nəticəsində məlum olub ki, ikinci dərəcəli şəkər xəstələrinin cəmi 40-50% dərmanla təmin edilir, insulin asılılığı olan xəstələr isə kifayət qədər preparat əldə edə bilmirlər. Bundan başqa Proqramda təsbit edilmiş bir çox tədbirlər yerinə yetirilməmişdir. Monitorinqin nəticələri əsasında qarşıdakı illər üçün hazırlanacaq sənədlərə lazımi təkliflər Səhiyyə nazirliyinə verilib.Nazirlikdə təşkil edilmiş səhiyyə siyasəti və planlaşdırma sektoru 2011-2015-ci illər üçün Dövlət Proqramı layihəsini hazırlamışdır. ADC-nin bir çox təklifi bu layihədə öz əksini tapmışdır. ADC Səhiyyə Nazirliyi və onun müəssisələri ilə əməkdaşlıq fəaliyyətini genişləndirir. ADC öz Nizamnaməsinə uyğun olaraq ŞD xəstələrini maarifləndirmək işinə yardım, həm də AR prezidentinin 2009-cu ili “Uşaq ili” elan etməsinə dəstək olaraq bu il “1-ci tip şəkərli diabeti olan uşaq və yeniyetmələr üçün məlumat kitabçası”, “1-ci tip şəkərli diabet xəstələri üçün qidalanma və fiziki iş barədə məlumat kitabçası” və 2010-ilə Diabet Təqvimini hazırlayıb nəşr etdirmişdir. Bu kitabçalar və təqvim respublikanın şəhər və rayonlarında yaşayan ŞD xəstələrə və endokrinoloji tibbi yardım göstərən müəssisələrə, eləcədə M.F.Axundov adına Milli kitabxana, Azərbaycan Tibb Universitetinin kitabxana fonduna çatdırılmışdır. ADC ŞD xəstələrinin maariflənməsi məsələsinə diqqətini 2010- cu ildə də artıraraq 2-ci tip ŞD xəstələri üçün məlumat vəsaiti, özenənəzarət, qidalanma və fiziki yüklənmə, hamiləlikdə diabetə dair ümumi təlimat - “Hamiləlik və diabet” haqqında kitabçaları, BMT-nin diabet haqqında Qətnaməsi (Azərbaycan, İngilis və Rus dillərində),Sent- Vınsent Bəyannaməsi Azərbaycan dilində böyük tirajda çap etdirilib yayılmışdır. ADC 2010 –cu ilin iyul ayında “Məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə şəkərli diabet xəstəliyinin qarşısının alınması:təlim və maarifləndirmə”mövzusunda yeni bir layihəni Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdi. Layihə Şuranın maliyyə dəstəyi ilə 2010-cu ilin 4- cü rübündə həyata keçirildi. Bu layihə əsasında(layihənin rəhbəri ADC-nin sədr müavini A.Muxtarovdur)Ağdam,Fizuli və Cəbrayıl rayonlarından olan 500 nəfərdən çox ŞD məcburi köçkünləri xüsusi təşkil edilmiş qruplarda təlim almış və onlara layihə çərçivəsində çap edilmiş 2-ci tip ŞD xəstələri üçün məlumat vəsaiti kitabçası,insulinin vurulma qaydaları və pəhriz haqqında bukletlər paylanaraq maariflənmələrinə böyük kömək göstərilmişdir.Layihənin keçirilməsi haqqında ADC-nin Azərbaycan Media Mərkəzində 29 oktyabr tarixdə KİV nümayəndələri üçün dəyirmi masa keçirilmişdir. ADC təşkilatçılıq işinə də böyük önəm verir. 2009 və 2010-cu illər ərzində cəmiyyətin regional şəbəkəsi genişlənmişdir. Hazırda ADC-nin Lənkəran, Sumqayıt, Mingəçevir, Zaqatala, Abşeron və Quba şöbələri, Gəncə, Şirvan şəhər, Şəki və Ağdam rayon filalları fəaliyyət göstərir. ADC-nin şöbə və filyalları tərəfindən diabet xəstələrinə insulin paylanmışdır. Eyni zamanda Bakı şəhəri və ADC-nin filal və şöbələrində qeydiyyatda duran xəstələrə ADC-nin nəşr etdirdiyi ŞD xəstələrİ üçün məlumat kitabçaları və müxtəlif bukletlər paylanmışdır.
Posted on: Mon, 04 Nov 2013 09:31:02 +0000

Recently Viewed Topics




© 2015