Bu gün doğma BAK-ın yaranmasından düz 7 il keçir. Düz 7 - TopicsExpress



          

Bu gün doğma BAK-ın yaranmasından düz 7 il keçir. Düz 7 il əvvəl 18 noyabr 2006-cı ildə Avropa məkanında, Niderland Krallığının paytaxtı Amsterdam şəhərində yeni düsüncəli, iddialı, özünə güvənən, Vətənimiz Azərbaycanı və Dövlətçiliyimizi canından da əziz tutan və lobbiçilik istiqamətində inamla addımlayan qurumun fundamenti, özulu atıldı. O zaman BAK-ın təsis konfransında diaspora naziri cənab Nazim İbrahimov, Avropa İdaresinin rəhbəri cənab İlham Məmmədov, İdarənin rəis müavini cənab Tahir Haciyev və demək olar ki, İdarənin bütün işçiləri iştirak etmişdilər. Bu 7 ilə nəzər salıb və tarixə ekskursiya etsək BAK-ın keçdiyi çətin, keşməkeşli yolları görüb sevinc hissi ilə deyə bilərik ki, Konqresimiz bütün etimadları doğrulda bildi və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bildi. Bu illər ərzində BAK Qobustan Beynəlxalq Mükafatına, 2012-ci ilin Təşkilatlar arasında nominasiyasının qalibi mükafatına, Tərəqqi medalına və müxtəlif Fəxri Fərmanlara və Diplomlara layiq görülmüşdür. Amma bu yolun yarısıdır... BAK bundan sonra da öz yolundan, əqidəsindən sapmayacaq, düzgün seçdiyi strategiyasını davam etdirəcəkdir. BAK-ın bu ərsəyə gəlməsində əməyi, zəhməti olan və bu qurumu zirvələrə ucaldan hər kəsə dərin minnətdarlığımızı bildiririk !
Posted on: Mon, 18 Nov 2013 20:28:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015