Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür Qiçs - TopicsExpress



          

Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür Qiçs nədir? Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing: Acquired Immune Deficiency Syndrome) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir. Cinsi yolla Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir. Ümumiyyətlə ,QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksualistlərdən sonra ikinci yeri tuturlar – 20-25%. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen). QİÇS-lə xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyin daxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HlV-viruslar çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır. Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyadır (HİV Human İmmunodeficiency Virus, yəni İİV İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunmuşdur.
Posted on: Sun, 01 Dec 2013 17:21:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015