Bu nədir İlahi? Bu kimdir belə? Deyəsən Əzrayıl oldu - TopicsExpress



          

Bu nədir İlahi? Bu kimdir belə? Deyəsən Əzrayıl oldu qonağım. Deməli bu sondur öləcəm bu gün, Bitdi imtahanlar, bitdi sınağım. Budur! Salamverib girir içəri, Gəlib düz yanımda əyləşir mənim. Danışa bilmirəm, dinə bilmirəm, Vahimə səsimə kəsilib qənim. Özümü toplayıb başladım sözə, Öldürmə, bir az da dayan səbr elə. Bir az səbr eləsən, Əzrayıl, sənə, Hətda o dünyada olaram kölə. Bir neçə dəqiqə səbr elə, gözlə, Bu şeiri bitirim və öldür məni. Bağişla, bilirəm bu qadağandır, Bəlkə də İlahi bağışlar səni. Əzrayıl, qoy bunu etiraf edim, Məni şad etmədi vaxtsız gəlişin. Bilirəm, bilirəm canlar almaqdır, Sənin təkvəzifən, sənin təkişin. Ammaki bir az da başa düş məni, Sən canı alırsan, mən daşıyıram. İnana bilmirəm sən yanımdasan, Deməli qədərdən çox yaşayıram? Gör necə maraqlı bir vəziyətdir, Ölümlə üz-üzə dayanmışam mən. Bilirsən nə üçün qorxmuram səndən? Çünki bu həyatdan usanmışam mən. Əzrayıl, bezmişəm mən bu həyatdan, Yaxşı ki gəlmisən, qonağımsan sən. Yoxsa mən intihar eliyəcəkdim, Ele sevinərəm məni öldürsən İstəsən əzablar ver öldür məni, İstəsən sadəcə özünlə apar. Əzablı-əzabsız fərqi nədir ki? Əsası odur ki gəl öldür, qutar
Posted on: Sat, 05 Oct 2013 15:53:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015