BİR GÖZ QIRPIMINDA KEÇƏN BÖYÜK MƏRHƏLƏ: 2006-2013 Biz - TopicsExpress



          

BİR GÖZ QIRPIMINDA KEÇƏN BÖYÜK MƏRHƏLƏ: 2006-2013 Biz qısa bir müddətdə: 2006-2013-cü illərdə çox maraqlı və çoxmənalı bir İQTİSADİ ömür yaşadıq, hansını ki, digər resurs ölkələri 30-50 ilə keçmişdilər. Nə dövrü idi bu? Əvvəla, 2006-cı ildə ilk neft milyardını müstəqillik dövründə neft müqavilələrindən qazandıq. Və bununla da GƏLİR XƏSTƏLİYİNƏ aludəçilik mərhələsinə START verildi. baxın cəmi 2 il sonra Azərbaycanın neft gəlirləri 10 milyarda çatdı. Bu çür sürətli artım, istənilən GÖRMƏMİŞi öz nəinki öz ORBİTİNDən çıxara, hətta havalandıra da bilərdi... Və 2008-ci ilin 2-ci rübündə ACG-də mənfəətin bölgüsündə 80%-in Azərbaycanın xeyrinə dəyişməsi daha bir FANTASTİK mərhələyə qədəm idi. Ancaq şükürlər olsun ki, 2008-ci ilin sonunda neftin qiyməti kəskin düşdü, sonra dünyada maliyyə böhranı oldu. Bu isə Azərbaycana nisbətən sərin hava gətirdi... 2010-cu ilin 3-cü rübündə Azərbaycan neft hasilatında PİK dövrünü keçdi. 2011-ci ildə Azərbaycan neft gəlirlərinin PİK dövrünü 19,9 mlrd göstərici ilə (söhbət mənfəət neftindən gedir) arxada qoydu. 2013-də Azərbaycan artıq xaricə benzin ixracını dayandırdı, Gurcustana isə cüzi miqdarda Qazaxistandan Bakıya gətrilən kukurdlu neftin emalindan alınan məhsulu gonderirdi. 2013-un sonunda isə Azərbaycanın daxili bazarında Ai-95 markalı, əslində isə Ai-92 olan və kimyəvi aşqarlar hesabına oktan dərəcəsi artırılan benzinin qiyməti 1 dolları keçdi (80 qəpik). Bu dövrdə Neft Fonduna gələn vəsaitin 60%-i xərcləndi. Mənim yazdıqlarım yarım səhifə oldu: görün necə qısa bir zamanda necə böyük bir mərhələləri geridə qoya bildik. İndi isə özünüzə sual verin: bu ötən zamandan özünüzə nə götürə bildiniz və ya nə imkanlardan yararlandınız? Əslində xaricdə oxumağa başlamalıydı Azərbaycan vətəndaşları neftdən gələn ilk bonus hesabına müstəqilliyin ilk illərindən!!!! Məhz Sinqapur ilk kreditini təhsilə yönəltmişdi. Artıq 2000-ci ildə o insanlar Azərbaycanda siyasi hakimiyyətin ilk reformalarının MOTORU rolunda çıxış etməliydilər və 2006-cı ildə ilk milyard gələn zaman onun 10 milyarda çevrilməsini öz əlləri ilə realizə etməlitdilər. Bazar iqtisadiyyatı məhz bunu tələb edir - balaca bir Birləşmiş Ərəb Əmirlikləri ildə 100 mln ton neft hasil edir, ancaq neft onların UDM-də heç 30% paya da sahib deyil, çünki digər sektorlar 24 saat işləyir. Azərbaycanda isə fasiləsiz istehsal ancaq neft sənayesindədir... Bax belə, bu mənim növbəti MAARİFLƏNDİRİCİ cızma-qaram idi... Azərbaycanda heç bir titulu olmayan İlham ŞABAN
Posted on: Wed, 04 Dec 2013 07:46:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015