Ceyran.... Land Rover firması ilk hibrid avtomobillərinə - TopicsExpress



          

Ceyran.... Land Rover firması ilk hibrid avtomobillərinə qovuşdu İngiltərə istehsalçısı Land Rover yeni nəsil Range Rover və Range Rover Sport modellərinin hibrid versiyalarını bu gün rəsmi olaraq eşitdirdi. Land Rover-in istehsal edəcəyi ilk hibrid avtomobillər olan Range Rover Hybrid və Range Rover Sport Hybrid-in ilk sifarişləri 10 sentyabrda alınmağa başlayacaq və ilk çatdırılması 2014-ün ilk rübündə olacaq. Bazardakı ilk premium dizel krassover hibrid hər ikisi də daxiliyanma muhərriki 3.0-litr SDV6 dizel, bir elektrik mühərriki və ZF istehsalı səkkiz-irəli çarxlı avtomatik sürət qutusu təchiz edilir. 47 atlıq elektrik mühərrikiylə gələn hibrid, 335 at gücü (4000 d / dk -də) güc və 700 Nm (1,500 d / dk ilə 3,000 d / dk -də) fırlanma anı hasil edir. Sıfırdan 100 km/s sürətə 6.9 saniyədə çatan Range Rover, maksimum 218 km/s sürətə çata bilərkən, Sport versiya 0-dan 100 km / s sürətə 0.2 saniyə daha əvvəl tamamlayır və 225 km / s maksimum sürətə çata bilir. Bütün hibrid sistem, bir elektrik mühərriki, invertör və 120 kiloqramdan daha yüngül olan lityum-iyon batareya paketindən ibarətdir. Land Rover mətbuat elanında etdiyi şərhlərə görə Range Rover ümumi gövdə ağırlığı 2,394 kq, Sport isə 2,372 kq olacaq. Hibrid təxminən yanacaq istehlakı 6.4 litr/100 km, CO2 emissiyaları isə 169 g/km-dən başlayır. Digər tərəfdən, elektrifikasiyası avtomobilin mövcud dözümlülük və off-road qabiliyyətinə mane olmadığını sübut etmək üçün "Silk Trail 2013" səfərini başladan İngilis istehsalçı yeni Range Rover Hybrid-lərlə İngiltərədən başlayaraq Mumbaidə son tapacaq 16,000 kilometrlik yoxlanışa start verdi.
Posted on: Sat, 24 Aug 2013 09:01:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015