Check-up nədir? Check-up konkret xəstəliyi - TopicsExpress



          

Check-up nədir? Check-up konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə biruzə vermir. Check up həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır. Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən check-up proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir. Check-up-a hazırlıq Müayinəyə səhər vaxtı və acqarına (yalnız su qəbulu mümkündür) gəlməli; Hamiləlik və ya buna şübhə varsa mütləq qeyd edilməli; Son 3 gün ərzində dəmir və vitamin C olan dərman vasitələri və çox miqdarda qida məhsulları (məsələn, qırmızı ət, ispanaq, çuğundur, turp və s.) qəbul etməməli; Qadınlar üçün check-up menstruasiya dövründə həyata keçirilmir. Check-up-ın əhəmiyyəti “Check-up”-ın aparılmasında məqsəd uzun illər sağlam və keyfiyyətli həyat təmin etməkdən ibarətdir. Bugün Synlab alman laboratoriyası olaraq sizlərə süd vəzi, yumrtalıq, uşaqlıq və uşaqlıq boynu, prostat, sidik kisəsi, mədə, qaraciyər və öd yolları, mədəaltı vəzi kimi orqanların xərçəng xəstəliyi (onkomarkerlər), diabet (qanda şəkər), müxtəlif ürək xəstəlikləri və yüksək təzyiq, damar keçməməzliyinə səbəb ola bilən yağların qandakı səviyyəsi (HDL, LDL), böyrək funksiyasının pozulması (Kreatinin, Sidik cövhəri, Sidik turşusu, Albumin, Ümumi zülal), qaraciyər xəstəlikləri (ALAT, ASAT, Bilirubin,QQT), revmatik xəstəlikləri (ASO, RF, CRP), qalxanabənzər vəzi xəstəlikləri (fT3,fT4, TSH), sümük kövrəkliyi (Kalsium, Fosfor) yarada bilən faktorların müayinəsini təklif edir. Risk faktorlarını müəyyən etməklə xəstəliyin erkən diqnozunun qoyulması və xəstəliyin inkişafının qarşısını almaq olar. Yadda saxlayın: orqanizmimizdəki bütün orqanlar bir-birilə sıx əlaqədədir. Bir orqanda müəyyən problemin olması daha sonralar digər orqanların fəaliyyətinə, bu isə ümumi sağlamlığa ciddi şəkildə təsir göstərir. Gəlin sağlamlığımızı təhlükə altına atmayaq! Unutmayın ki, erkən diaqnostika uğurlu müalicənin ən önəmli amilidir. Chek-up nəticələri ilə nə etməli? Synlab Azərbaycanda müayinə olunub, check up panelinin nəticələrini əldə etdikdən sonra Siz öz həkiminizə müraciət etməlisiniz. Əgər müvafiq ixtisaslar üzrə həkiminiz yoxdursa, Siz Synlab Azərbaycan vasitəsilə lazımi ixtisaslı həkimlərlə əlaqələndirilə bilərsiniz. Synlab Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif ixtisas səhəsində mütəxəssis olan həkimlər haqqında qəbul şöbəsindən detallı məlumat almaqdan çəkinməyin. Bu halda həkimlə konsultasiya xərcləri Synlab Azərbaycan tərəfindən qarşılanacaq. Digər tərəfdən check-up qiyməti müayinələrin ayrılıqda təklif olunan qiymətlərindən 20% güzəştlidir. Çünki sağlamlığınız önəmlidir........&AY&
Posted on: Sun, 23 Jun 2013 09:40:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015