CƏNUBİ AZƏRBAYCAN Azərbaycan Respublikası ilə sərhəddi - TopicsExpress



          

CƏNUBİ AZƏRBAYCAN Azərbaycan Respublikası ilə sərhəddi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır. Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir: Qərbi Azərbaycan ostanı Şərqi Azərbaycan ostanı Ərdəbil ostanı Zəncan ostanı Qəzvin ostanı Gilan ostanı (qismən) Həmədan ostanı (ərazisinin 3/4-ü) Kürdüstan ostanı (qismən) Mərkəzi ostan (qismən) Qum ostanı (qismən) Kirmanşah ostanı (qismən) Tehran ostanı (qismən) Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir.[7] Təbii coğrafiyası[redaktə] Cənubi Azərbaycanda əsasən əkinçilik və heyvandarlıq geniş yayılmışdır. Bunun əsas səbəbi kənd təsərrüfatının bu sahələri üçün burada münasib iqlim qurşaqlarının olmasıdır. Dağlıq ərazilərdə dəmir, mis, alüminium, gümüş, qızıl yataqları var. Tarixi[redaktə] Azərbaycan torpaqlarında ilk insanlar və xalqlar[redaktə] Miladdan 4-min il öncədən başlayaraq, orta asiyadan dərbənd və daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan(Şimali və cənubi), zaqros(زاگرس) Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə iranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar. Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar. Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan (şimali və cənubi), Həmədan (همدان),Qum(قم),Qəzvin(قزوين),Zəncan(زنجان),Təxti Süleyman (تخت سليمان) araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur. Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb Kuti, Lulubi, Hurri,Manna,Matiyin,Kassilər,urartu,Saspir,Kaspilər,Alban,Məskut,salk,İşğur... toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar. Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən Həmədan torpaqlarında M.ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar Kuti və Lulubilər olmuşlar. qutti və lullubi xalqları şimaldan kaspilər, saspilər, şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Əkkedilərin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər. Kuti-Lulubilər bu gün iran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan ,marağa, təxti sülyman arasındaki ərazidə və azərbaycanda yaşamışlar.demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həmdə azərbaycan və həmədan ərazisində ilk mədəniyyət qurmuşlar. Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500-2000 il öncə olmuşdur.[8] Əhalisi[redaktə] Azərbaycanlılar İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda azərbaycanlıların sayı 2 milyona yaxın idi. Onlardan 1 milyonu kənd əhalisi, 0,5 milyon şəhər əhalisi, 0,5 milyonu isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycanlıların sayı 16-18 milyon (32-36%) olmuş və bunlardan 7-9 milyonu Cənubi Azərbaycanda məskunlaşmışdır. 90-cı illərin əvvəllərində aparılmış hesablamalara görə, İranda, 28.315.000 azərbaycanlı yaşayır. Onların böyük bir qismi (təxminən 20 mln.) Cənubi Azərbaycanda, qalanı isə İranın digər ərazilərində məskunlaşmışdr. [9]
Posted on: Tue, 08 Oct 2013 18:54:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015