DERMATİT Xarici qıcıqlandırıcılara qarşı dərinin - TopicsExpress



          

DERMATİT Xarici qıcıqlandırıcılara qarşı dərinin iltihabi reaksiyasıdır. Təmas dermatiti və toksidermiyalar ayırd olunur. Etiologiyası. Patogenezi: Dermatitə səbəb olan qıcıqlandırıcılar bioloji , kimyəvi , fiziki təbiətə malikdir. Obliqat qıcıqlandırıcılar hər insanda sadə dermatit törədir. Bunlara sürtünmə , təzyiq, şüa və temperatur təsiri turşu və qələvilər, bəzi bitkilər, giciktkən aşındırıcı qaymaq çiçəyi südləyən aiddir. Fakultativ qıcıqlandırıcılar həssas dərili insanlarda iltihab törədir, allergik dermatit əmələ gəlir. Fakultativ qıcıqlandırıcılar birbaşa zədələyici təsirdən asılıdır. Klinik əlamətlər də qıcıqlandırıcı təbiətində miqdarında, gücündən ,müddətindən asılıdır. Qıcıqlandırıcı ilə ilk təmasdan dəri zədələnir və zədələnmə sahəsindən asılıdır. Allergik dermatitin əsasında dərinin sensibilizasiyası durur. Əvvəldən hər hansı bir allergik maddənin təması ilə sensibilizə olunmuş dəriyə eyni maddənin təkrar təması nəticəsində immunoloji reaksiya əmələ gəlir. Kontakt dermatit diaqnozu qoyulan xəstələri ilə 25-30% allergik dermatitdir. Burada ləng tipli hiper həssaslıq reaksiyası əsas rol oynayır. Allergik maddə ilə ilk təmasdan sonra bu allergenə - haptenə qarşı sensibilizasiya yaranır. Bu dövr 14-21 gündür. Allergenin təkrari təmasından 24- 48 saat sonra dermatit ortaya çıxır. Haptenlər dəri zülalları ilə birləşdikdə konyuqatlar əmələ gətirir. Limfositlər stimullaşır və ləng tipli allergik reaksiya törənir. Orqanizmin fərdi xüsusiyyətləri sinir sisteminin vəziyyəti , genetik meyllik, yanaşı xəstəliklər, göbələk xəstəliklər, dərinin xüsusiyyətləri , piy və tər vəzlərinin funksiyaları prosesdə mühüm rol oynayır. Sadə dermatit kəskin və xroniki olur. Kəskin dermatitdə 3 mərhələdə ayırd olunur. Eritrematoz ( dəridə hiperemiya) vezikulyar, bulyoz ( eritematoz ödemli fonda qabarcıqlar əmələ gəlir) ,nekrotik ( yara və sonradan çapıq əmələ gəlir) . Kəskin dermatit zədələnmə dərəcəsindən asılı olaraq göynəmə yanğı, qaşınma, ilə təzahür edir. Zəif qıcıqlandırıcılar uzun müddətli təsiri ilə əmələ gələn xroniki dermatitlər hipermiya, infiltrasiya, çatlar güclü keratinizasiya , bəzən dərinin atrofiyası ilə xarakterizə olunur. Günəş dermatitləri eritrematoz və vezikulyar tipdə təzahür edir, bir neçə saatlıq gizli dövr olur, dərinin zədələnməsi, yanması baş verir. Eyni dəyişiklikləri süni UBS şüalanma mənbələri də yarana bilir. Peşəsindən asılı olaraq uzun müddət açıq havada olanlarda xroniki dermaitit əmələ gəlir. Şüa dermatitlərin şüanın növündən asılı olaraq eritematoz, vezikulobulyoz, nekrotik zədələnmələr bəzən də şüa terapiyasından sonra zədələnmələr baş verir. Latent dövr proqnostik əhəmiyyətə malikdir. Latent dövr nə qədər qısadırsa dermatit o qədər ağır keçir. Xroniki dermatit uzun müddət şüalanmaya məruz qalan insanlarda görülür. Quru dəri atrofik, qabıqla örtülmüş, depiqmentasiya və hiperpiqmentasiya, hiperkeratoz trofik yaralar təzahür edir.
Posted on: Thu, 26 Sep 2013 05:25:45 +0000

Trending Topics



>
Duro essa vida, né?! Meu filho passa o dia na casa da avó
WEFTs World Music Genre Directors have posted the top spins in
Our upcoming shows are: Casino Del Sol Tucson, Arizona - Wed.

Recently Viewed Topics




© 2015