Daha Saglam Uwaq Boyutmenin Yollari::Sağlam bir uşaq üçün - TopicsExpress



          

Daha Saglam Uwaq Boyutmenin Yollari::Sağlam bir uşaq üçün valideynlər nələrə diqqət etməlidirlər? Sağlam uşaq böyütmək düşündüyümüz qədər də asan məsələ deyil. Bunun üçün aşağıdakı qaydalara əməl etmək lazımdır: Sağlam ana: Sağlam nəsil yetişdirməyin birinci qaydası sağlam ana və sağlam ailə şəraitidir. Hamiləlik dönəmində gələcək analar düzgün qidalanmalı, sağlamlığını qorumalı və lazımı analizləri vaxtında verməlidir. Ana südü: Uşaqlara 1-2 yaşına qədər ana südü verilməlidir. Çünki ana südü, körpənin ideal böyüməsini və inkişafını təmin edir. Immun sisteminin yaxşılaşması üçün bütün lazımi maddələri özündə birləşdirir. Peyvənd: Uşaqların təhlükəli mikroblara qarşı dayanıqlı olmaları üçün peyvəndlərin vaxtında vurulması vacibdir. Qidalanma: Uşaq mövsümə uyğun olaraq bol meyvə-tərəvəz yeməlidir. Tərkibi məlum olmayan qidalardan uzaq olsa yaxşı olar. Sağlam dişlər: Uşaqları, dişlərə zərərli olacaq qazlı, şəkərli, qidalardan çəkindirməlisiniz. Səhər yeməyindən sonra və yatmamışdan əvvəl dişlərini mütləq fırçalamağı adət etməlidirlər. Sağlamlıq müayinələri: Mütəmadi həkim müayinəsi xəstəliyin vaxtında müəyyənləşməsi və uğurlu müalicə deməkdir. Bəzi xəstəliklərin ilkin əlamətləri erkən dövrlərdə özünü göstərir. Idman: Körpəyə doğulan andan başlayaraq idman hərəkətləri edilməlidir. Iməkləmə və yeriməyə başlaması ilə birlikdə hərəkətliliyini artıracaq şərait yaradılmalıdır. Idman uşağn təhsilinə də müsbət təsir göstərir. Uşağınızla çox vaxt keçirdin: Ana və atası ilə çox vaxt keçirməyən uşaqlarda, bəzi davranışlarında, məktəbdə və dostları ilə də problemlər ortaya çıxır. Belə problemlərlə qarşılaşmamaq üçün uşaqlarınızla çox vaxt keçirdin. Təhsil: Sağlam nəsil üçün valideynlərin üzərinə düşən ən böyük vəzifə övladlarına təhsil verməkdir.
Posted on: Thu, 04 Jul 2013 20:04:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015