Dahi insanların dahi axmaqlıqları: - TopicsExpress



          

Dahi insanların dahi axmaqlıqları: 10-cu yer: Araşdırmaları Nyutonun qravitasiya nəzəriyyəsini yaratmağa kömək olan XVI əsr astronomu Tycho Brahe-nin vaxtında ayaq yoluna gedə bilməməsi onun ölüm səbəbinə çevrilmişdi. O zamanlar mərasim başa çatmamış masadan durub getmək ev sahibinə qarşı edilmiş ən böyük təhqir idi. Çox nəzakətli insan olan Brahe masadan qalxmaq üçün icazə istəməyə cəhd etmir. Bu onun orqanizminə böyük zərər yetirir və 11 gün əzab çəkən astronom dünyasını dəyişir. 9-cu yer: Nüfuzlu dövlət xadimi və XVI əsr filosofu Frensis Bekon içi təmizlənmiş toyuğu qarla doldurarkən dünyasını dəyişmişdir. Onun ağlına belə bir fikir gəlir ki, ətin yaxşı saxlanması üçün duzdan deyil, qardan istifadə etmək lazımdır. Eksperimentin nəticəsi olaraq toyuq deyil, bekonun özü donaraq ölür. 8-ci yer: Fransız kralının sifarişi ilə mahnılar yazan XVII əsr bəstəkarı Jean-Baptiste Lully öz işinə olan fədakarlığı nəticəsində dünyasını dəyişib. Növbəti konsert üçün məşqlər zamanı o əlindəki əsasını zərblə yerə vurduqda öz ayağına zərbə endirir və nəticədə qanının zəhərlənməsindən vəfat edir. 7-ci yer: Gudininin ölüm halı sirr olaraq qalır. O Monrealda gastrol səfəri zamanı öz qrim otağında istirahət edirdi. Bu zaman onun yanına üç tələbə daxil olur və onların biri boks üzrə kollecin çempionu idi. O cənab Goudinidən soruşur ki, qarnına bir-iki güclü zərbə endirildikdə heç nə hiss etmədən buna dözmək iqtidarındadırmı. O heç nə düşünmədən başı ilə razılıq işarəsi verdi və tələbə gözlənilmədən ona iki-üç zərbə endirdi. Gudini tələbəni güclə və bu sözlərlə dayandırdı: Gözləyin, mən hazırlaşmalıyam. Bir qədər gözlədikdən sonra dedi: Hazıram, artıq vura bilərsiniz. Bundan sonra da tələbə onun qarnına bir neçə güclü zərbə endirdi. Onlar getdikdə Gudini yalnızca ilk endirilən zərbələrin azacıq ağrısını hiss edirdi. Bir neçə gün ərzində o zərbələrə fikir vermədi. Lakin zərbələr onun appendisitinin dağılmasına səbəb olmuşdu. Nəticədə də bu peritonitə gətirib çıxarmışdı. 6-cı yer: Qaçış haqqında tam kitab bestsellerinin müəllifi Cim Fiks idman qaçısı zamanı ürək tutmasından vəfat etmişdi. Qeyd edək ki, onun əsəri 1970-ci illərdə jogging idman növünü maraqlı məşğuliyyətə çevirmişdi. 5-ci yer: Fransız müğənni Klod Fransua su ilə dolu vannada olarkən lampanı dəyişmək istəyib və bu zaman cərəyan vurmasından həlak olmuşdu. 4-cü yer: Dedektiv Allan Pinkerston səkidə gedərkən ayağı ilişir. Bu zaman o dilini dişləyir və daha sonradan yaranmış qanqrenadan vəfat edir. 3-cü yer: ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci ilin 4 iyulunda mərasimdən sonra hava çox isti olduğundan həddindən artıq dondurma yeyir. Bu səbəbdən o mədə pozğunluğu yaşayır və 5 gündən sonra dünyasını dəyişir. Bununla da o cəmi 16 ay prezidentlik etmiş olur. 2-ci yer: Jack Daniel’s adlı məşhur viskinin yaradıcısı Jack Daniel ayağından travma aldıqdan 6 il sonra qanının zəhərlənməsindən vəfat edir. Ölümündən 6 il əvvəl o öz seyfinə təpik atarkən barmağını sındırmışdı. 1-ci yer: Yunan filosofu Xrisipp sərxoş uzunqulağının əncir yeməyə çalışmasını seyr edərkən gülməkdən ölmüşdü.
Posted on: Sun, 24 Nov 2013 19:25:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015