Dayanın,dayanın çalmayın sonuncu zəngi yoxsa ürəyimə - TopicsExpress



          

Dayanın,dayanın çalmayın sonuncu zəngi yoxsa ürəyimə toxunacaqdır bir zaman gəl deyən o doğma səsdə bir hicran nəgmsi oxunacaqdır Zəng çalan nə olar əlini saxla Bir şagird ömrünü uzat bir anda bu məktəb,bu bina,bax bu divarda mənim olmaycaq zəng çalınanda hərə bir-birindən ayrı düşəcək neşə sinif dostum könül sirdaşım o qumral baxışlı üzü gülər qiz daha olmayacaq parta yoldaşım Qoyun son dəfə də mənimdir deyə sinif otağıma baxım doyunca zəng çalan nə olar bununçün sənə minnətdar olaram ömrüm boyunca çağırsın lövhəyə məni müəllimim bir misal versinki həlli olmasın çalışım vuruşum həll edim onu təki arzum budur zəng vurulmasın… Sizdemi mekteb illerinde bele olmusuz ;) Bu şeir məni 5il bundan qabaqkı 31 may “Son Zeng”nə apardı.Həmin gün bu gün kimi yadımda silinməz izlərlə qalıb.İlk öncə bir az məktəb illərimdən danışmaq istərdim.1997-cı il 1sentyabr.Hamı kimi əlimdə sumka,sevinclə dərsə gedirəm.Tək anladığım kəlmə mən artıq məktəbliyəm.İllər keçdikcə mən məktəb həyatının 11 ilinin bir neçə ilini bitirdim.Məktəbdə əlaçı . olmasamda .Nümunəvi şagird pilləsinə kimi qalxdım.Yuxarı siniflərə qalxdıqca dəcəl günlərimiz başladı.Mektebde en decel sinif bizim idi . 11 c .…Amma hər nə olsa belə müəllimlərimiz nədənsə çox istiyərdi bizi . Men Musiqiye gedirdim Kamancaya . Bir tedbirde Muellimemiz Meni cagirib . Dedi ki , Get kamancani getir . Tedbir var orada Mugam ifa edersen . Mense utana - utana tedbiri yola verdim . Menim utanmagimin sebebi o idi ki , Menim istediyim Qizda hemin tedbirde idi . —Xatirələrimdə silinməz izlər salan qəlbimin unudulmaz qonaqları!Düşünürsünüzmü?Artıq uşaqlıq,qayğısız illərimiz bizi tərk edir.Bir neçə dəqiqədən sonra son zəng çalınacaq və bir daha geri dönməmək şərti ilə sinif otaqlarını tərk edəcəyik..O,şən,qayğısız günlərimiz geridə qalacaq.Arxaya dönüb nəzər salanda bizim üçün göz yaşı axıdan uşaqlıq illərimizi görəcəyik.Yaddaşımızda bəyaz önüklü bir məktəbli xəyalı daim canlanacaq.O günləri geri qaytarmaq üçün daim yanacaq,köks ötürəcəyik…..Və bir gün xatirələri vərəqləyərək ötən günlərimizin təkrarını yaşacayıq…Xatirələr dilə gəlib həzin bir uşaqlıq nəğməsi oxuyacaqdır.Daha nə deyə bilərəm əziz dostlarım. sevgisini ürəyimə köçürərək bir kəlmə deyirəm.Əlvida uşağlığım.Əlvida məktəbim.Əlvida unudulmaz qayğısız günlərim…. Artıq 5il keçməsinə baxmayaraq mənim yaddaşımdan silinmir o illər..Kaş o günlərə dönə bilsəm…Kaş yenidən partada otura bilsəm ....
Posted on: Fri, 04 Oct 2013 05:54:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015