Deyilənə görə şair Hüseyn Arif bir dəfə Quba-Xaçmaz - TopicsExpress



          

Deyilənə görə şair Hüseyn Arif bir dəfə Quba-Xaçmaz tərəflərdə olarkən onu ləzgi çörəyinə qonaq etmişlər. Ləzgi çörəyini çox bəyənən böyük şairimiz bu neməti tərifləməklə yanaşı, çörək bişirənin kimliyi ilə maraqlanmışdır. Bu zaman şairi həmin çörəyi bişirmiş gənc bir ləzgi qızı ilə tanış etmişlər. Ləzgi qızının gözəlliyinə heyran olan Hüseyn Arif özünün məşhur "Ləzgi qızı" şeirini bu münasibətlə yazmışdır. Şeirin sonu isə aşağıdakı misralarla bitir: Heyif, ləzgi qızı, sənin gəncliyin, Hüseynin qocalıq vaxtına düşdü... :)
Posted on: Sat, 21 Sep 2013 16:45:33 +0000

Trending Topics




© 2015