Dunenki oyundan sora UEFA-nin reytinq cedveli !!! UEFA-nın - TopicsExpress



          

Dunenki oyundan sora UEFA-nin reytinq cedveli !!! UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb. İyulun 25-də baş tutan qarşılaşmalarının da əksini tapdığı cədvəldə Azərbaycan xal hesabını artırıb. UEFA reytinqində matçın əsas deyil, penaltilər seriyasınadək olan bütün oyun vaxtı nəzərə alındığından Polşada “Pyast”la heç-heçə edən “Qarabağ” da, Bakıda Norveç “Tromse”sini məğlub edən “İnter”də reytinq xalı qazanıb. Bakılılar 0,250, Ağdam təmsilçisi bunun yarısı qədər əldə edib. Bir gündə qazanılan 0,375 xal cari mövsümki qiymətimizi 2-yə çatdırıb. UEFA-dan alınan bu “2”nin 0,875-ni “Qarabağ”, 0,625-ni “İnter”, 0,375-ni “Xəzər Lənkəran”, 0,125-ni “Neftçi” toplayıb. 5 mövsümdə qazandıqlarımızın cəmi 9,875-ə çatıb. 30-cu pillədə qərarlaşan ölkəmiz mövqeyini qoruyub. Düzdür, artıq Azərbaycan 29-cu pillədəki Slovakiyadan 0,875 xal geridədir ki, bu da irəliləməyimizi çətinə salır. Lakin izləyicilərimizlə fərqin də 0,625-ə çatması mövqeyimizi tərk etməməyimizə nikbin baxmaq üçün əsas verir. ...25 Norveç 13.475 (3 klubu qalıb) 26 Serbiya 13.250 (3) 27 Macarıstan 11.625 (0) 28 Bolqarıstan 11.375 (2) 29 Slovakiya 10.750 (2) 30 Azərbaycan 9.875 (1) 31 Gürcüstan 9.250 (2) 32 Sloveniya 9.250 (1) 33 Moldova 8.750 (2) 34 Bosniya və Herseqovina 7.500 (1) 35... Finlandiya 7.175 (0)
Posted on: Fri, 26 Jul 2013 04:38:16 +0000

Trending Topics



dy" style="min-height:30px;">
****SHOP MAYVENN HAIR***** MAYVENN 100% VIRGIN HAIR Brazilian,
I just posted this on Cinco de Mayos FB page. If you agree,
GOD’s word leaves no question in my mind that he wants us to be
Handphone??? Siapa yang tidak kenal dengan nama yang satu ini.
Cyber Monday Deals @ Poetic Slimbook Leather Case for Samsung
invasi tanaman mantangan di kawasan Taman Nasional Bukit Barisan

Recently Viewed Topics




© 2015