Dünən maliyyə naziri Samir Şərifov əməlli-başlı minnət - TopicsExpress



          

Dünən maliyyə naziri Samir Şərifov əməlli-başlı minnət qoydu xalqın boynuna. Deyir: bilirsiz suyun,təbi qazın və elektrikin qiymətləri son dəfə 2007 ci ildə artırılıb,mütləq yenidən baxılmalıdır. Kişi düz deyirdəəə, 2007 dən bu tərəfə o boyda dəyişikliklər olub.hələdə qiymətlər dəyişməyib.Mən vicdanlı vətəndaş olaraq öz həyatımdakı dəyişiklikləri qeyd etməyə borcluyam. 2007 ci ildə Tv-lərin birində rejissor işləyirdim,bu gündə eyni maaşla rejissoram.O vaxt subay idim, indi evliyəm,o vaxt övladım yox idi ,indi var.o vaxt maaşımı plastik kartla alırdım ,indi əlbə-əl alıram.o vaxt saçım tam tökülməmişdi,indi dazlaşmışam.Hələ bu kimi irəlləyişləri uzun-uzadı saymaq olar.İndi sizdə əlinizi qoyun vicdanınızın üstünə deyin, bu cür tərəqqiylə qiymətlər hər kvartal artırılmamalıdırmı?! Nazirin çıxışı o qədər təsirləndirdi ki məni, aldığım nəfəsin,atdığım addımın ödənişini artıqlamasıyla etməyə hazıram.Yoxsa bu minnətə tab gətirə bilmərəm.
Posted on: Wed, 06 Nov 2013 06:59:59 +0000

Trending Topics




© 2015