Dünən şəhərə doğru getməli oldum. Tramvaya minmədən - TopicsExpress



          

Dünən şəhərə doğru getməli oldum. Tramvaya minmədən öncə cümə gününün metro qəzetini götürdüm ki, tramvayda ötürdüyüm xəbərlərə baxım. Qəzetdə çox maraqlı bir məqalə ilə qarşılaşdım. Deməli qısa şəkildə sizə tərcümə edirəm: "Hər bazar ertəsi və cümə axşamı Patrick Hagman yalnız 600 kalorilik qida qəbul edir. Qalan günlərdə isə istədiyini yeyir. O, bu dietanı sadəcə çəkidə aşağı düşmək məqsədi ilə etmir, lakin daha çox xərçəng və Alzheimers kimi xəstəliklərin riskini azaltmaq istəyir. - Mən ilk öncə buna şəkk edirdim, lakin sonra bunun qandakı İGF-1 hormonunu azaltdığını anladıqda heç bir şey itirməyəcəyimi düşündüm, belə ki, mənim atam Alzheimers xəstəsidir - deyir o. Svt kanalında BBC-nin bu dieta haqqında sənədli bir proqramını gördükdən sonra o, öz həyat yoldaşı ilə birlikdə - başqalarının etdiyi kimi - bu metodu sınaqdan keçirməyə qərar veriblər..." Bu məqaləni oxuduqdan sonra həmin sənədli filmi axtarmağa başladım. Öyrəndim ki, sənədli filmi düzəldən Micheal Mosley adlı bir ingilis həkimidir. Micheal həm də bu barədə bir kitab yazıb və kitabını "The Fast Diet" (Oruc dieti) adlandırıb. (bbc.co.uk/news/health-20890613) Burada Micheal Mosley BBC proqramında çıxış edir. Bu cür həftədə iki gün oruc tutmağın faydalarından danışır. Maraqlı tərəf budur ki, Micheal Mosley bazar ertəsi və cümə axşamı günlərini seçməsini peyğəmbərimiz Muhəmmədin - salləllahu aleyhi va səlləm - buyuruğuna uyğun olaraq seçdiyini deyir. Daha sonra sənədli filmi tapdım və onu sizə təqdim edirəm. Bu filmi bu linkdə izləyə bilərsiz: vimeo/54089463 İstənilən halda vaxtlarını itirmək istəməyən qardaşlar üçün bu cür həftədə iki dəfə oruc tutmağın verdiyi nəticələri qısaca burada qeyd edirəm: - Oruc tutmağın nəticəsi olaraq beyin "neuro-trafik" faktor adlanan proteinlər buraxır. Bu proteinlər insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olur. Həmçinin bu insanı daha ağıllı edir. - Bunun nəticəsində həmçinin müşahidə olunub ki, beyin hüceyrələri daha sürətli regenerasiya edə bilir. - Bunun nəticəsində Alzheimers xəstəliyinin riski azalır. - Bu həm də qanda İGF-1 hormonunu azaldır. İGF-1 (InsulinLikeGrowthFactor1) hormonu ümumiyyətlə bədənin böyüməsi və hüceyrələrin parçalanaraq artması işinin arxasında duran əsas faktordur. Uşaqların böyüməsi bu hormonla bağlıdır. Lakin çox təəssüf ki, xərçəng şişləri də bu hormonun vasitəsilə böyüyür. Böyüklər üçün qanda bu hormonun azalması xərçəng riskini azaldır. - Ümumiyyətlə oruc insanın bədənində depolaşmış və qanında olan "pis xalesterolu" azaldır. Bu isə öz növbəsində sağlam bədən deməkdir, uzun ömür deməkdir. Ürək damar xəstəlikləri riskinin azalması, şəkər xəstəliyi riskinin azalması deməkdir.
Posted on: Sun, 09 Jun 2013 13:28:06 +0000

Trending Topics



body" style="min-height:30px;">
Georgia Governor Nathan Deal is responding to news that Florida
Atiku Wants Independent Investigation Into Abuja Shooting
So about 10 people responded on a post from KERO 23 about how a
Hello 4CoreFitness Friends well, run was today for me, 7.5
I [the Lord] will instruct you and teach you in the way you should

Recently Viewed Topics




© 2015