Düşmənini tanımayan və onu dərk etməyən millət ölümə - TopicsExpress



          

Düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur EDUARD FUKLER - əsl adı Mark Sumbadır, yəhudidir, amerikalı mikrobioloqdur. Millətə qarşı strateji plan hazırlamışdır. Dörd ölkənin vətəndaşı olub (ABŞ, İngiltərə, İsrail, Fransa). Bu ölkələrdəki hərbi-sənaye komplekslərində, elmi-tədqiqat laboratoriyalarında insan əzaları, genetik dəyişmələr, toksikoloji araşdırmalar istiqamətində, eləcə də virusologiya sahəsində güclü nəticələri var. O, vətəndaşı olduğu ölkələrin elmi laboratoriyasında 150-dən artıq bəşəriyyətə, insanlığa, ekoloji duruma təsir edib onu dəyişdirən proseslərin hazırlanmasında Mİ-6 (İngiltərə) kəşfiyyat mərkəzi üçün xeyli iş görüb. O amerikalı olsa da, həmişə ingilis (əslində yəhudi) xüsusi xidmət orqanlarına xidmət edib. Xüsusən ölkənin ən iri neft şirkəti olan BP-nin dünya yanacaq resurslarında iş görən, çalışan əsas işçi qüvvəsi arasında psixoloji durumu sabit saxlamaq, insanlarda nökərçilik və hər şeyə qane olmaq (?) prinsiplərini qorumaq, istənilən anda, lazım olan vaxt işçi qüvvəsini mövcud hakimiyyətin və dövlətin ictimai-siyasi dayaqlarına qarşı qaldırmaq... və s. kimi məsələlər onun dərman pereparatlarına, “konteyner tozları”na bağlı olub. O, “Kəşfiyyat statistikası”nda dünyanı sarsıdan on dörd tədqiqatçıdan biridir. Rus general-mayoru Y.Antonov onunla bağlı məxfi arayışlarında yanacaq resursları və mənəvi-əxlaqi dəyərləri, düşüncə və dərketmə qabiliyyətləri güclü olan ölkələrin dövlət və hökumət strukturlarına xəbərdarlıq edir. Professor Fukler türk xalqını, xüsusən Qafqazda ən güclü potensialı özündə saxlayan, həmişə yaşamaq həvəsi çox olan Azərbaycan ərazisini, azərbaycanlı olan hər kəsi özünün bir nömrəli düşməni hesab edib. O tez-tez dünyanın müharibə gedən ərazilərinə getmiş, tərəflərin əsir və girov götürdükləri insanları satın almaqla məşğul olmuşdu. Bütün bunlar onun canlı laboratoriyası üçün əsl xammal idi. Araşdırma materiallarına görə professor E.Fukler və onun qrupu bir neçə dəfə Azərbaycanın işğal olunmuş ərazilərində olmuş, erməni separatçılarının girovu olan həmyerlilərimizlə söhbətlər etmişdir (?). Həmçinin bədnam professor məlumata görə 23 dəfə Azərbaycana, onun müxtəlif yaşayış məntəqələrinə “turist səfərləri” edib. İnsanlığa qənim və düşmən kəsilmiş, xüsusən azərbaycanlılara qarşı amansız işlər görən professor “Qarğa təbəssümü”nü hazırlayan (söhbət insanı patoloji və ümumən fiziki cəhətdən şikəst qoyan, beyin yarımkürələrini “daşlaşdıran” xəstəlik mənbəyindən gedir) yeddi alimdən biridir. “201499” rəqəmi yazılmış bir qovluqda toplanılmış sənədlər maraqlıdır. Bu sənəddəki qeydlərə görə məlum olur ki, hələ 1989-cu ilin avqust ayının 28-dən İttifaqın tərkibindəki hər hansı bir respublikaya müxtəlif həcmlərdə zəhər... ayrılıb. Kiçik konteynerlərə yüklənmiş bu kiçik pereparatlar vasitəsilə hər bir dövlət və yaxud hakimyyət özünü qorumağı bacarmalı idi. Məlumata görə Mərkəzi Kəşfiyyat İdarəsinin xəttilə ayrılmış “zəhər kütləsi” Ağ Evdə müzakirə olunub və sonra respublikalara göndərilirdi. Məsələn, 1990-cı ilin yarvarın 20-dən Ukraynaya 40 qram, Belorusiyaya 35 qram, Gürcüstana 12 qram, Ermənistana 9 qram, Özbəkistana 55 qram, Azərbaycana 17 qram, Türkmənistana 14 qram, Pribaltika ölkələrinə üst-üstə 70 qram üstündə “Felau-1” yazılmış kiçik konteynerlər yola salındı. Məlumata görə, daha dəqiq olsun, deyək ki, Kremlin Xüsusi Mühafizə dəstəsinin əməkdaşlarından olan D.X.Tanfilov “201499” saylı qovluğa qoyduğu açıqlamasında yazır: “Bu zəhər konteynerlərini Kapitoliydan göndərirlər. Bu zəhər konteynerləri vasitəsilə... yenicə ayrılıb müstəqillik arzulayan ictimai-siyasi quruluşların düşmənləri üçün idi. İnsanı məhv etmək, onu sıradan çıxarmaq cəmi on altı saniyə çəkirdi. Xarici kəşfiyyat üçün misilsiz xidmətlər göstərən professor E.Fukler isə inadından əl çəkmir: “Yer üzündə bizə mane olan artıq millət var... Artıq dil var... Artıq din var... Artıq adət-ənənə var...” ideyası altında “Qarğa təbəssümü” yeni tele-layihələr, yaşamaq üçün (?) modellər hazırlayır. İSMAEL JAN TOLE - özünü gah fransız, gah ingilis hesab etsə də, yəhudidir. Professor E.Fuklerin qrupunda çalışan alim-genetik uzun müddət Böyük Britaniyanın xüsusi xidmət idarələrində çalışıb. 1980-cı ildən başlayaraq Azərbaycan istiqamətində tədqiqatlar aparıb. Əsli-nəsli bilinməyən bu alim ilk dəfə genetik kodlara bilavasitə təsir edən, insanları depressiyadan deformasiyaya qədər aparıb çıxaran, patoloji cəhətdən şikəst edən ilk tele-layihələrin əsasnı qoyub. Azərbaycanlılara qənim kəsilmiş “Fukler qrupu”nun ən öndə gedən mütəxəssislərindən olan İ.J.Tole haqqında Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında ilkin məlumatlar dinlənilmişdir. Bu yığıncağın nəticəsi olaraq RF-dakı qeyri-hökumət təşkilatları tərəfindən Rusiya Televiziya və Radio verilişləri üçün, eləcə də aparıcı mətbuat mərkəzləri üçün nəzərdə tutulan 347 tele-layihələrin icrası dayandırılmışdır. (Bu məsələ ilə bağlı RF prezidenti V.V.Putin xarici kanallara açıqlamasında bildirdi ki, Rusiya Federasiyasının ərazilərində 643 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onların 93 faizi ayrı-ayrı xüsusi xidmət orqanlarına xidmət edir. Artıq son iki ayda bu təşkilatların fəaliyyəti üçün ərazimizə 2 milyard dollar gətirilib. Bütün bunlar rus xalqını məhv etmək, onun mənəvi dəyərlərini, genetikasını şikəst etmək üçün nəzərdə tutulub). Müəmmalı şəkildə aradan götürülən general Y.Antonovun Məxfi Arayışında İsmael Jan Tolenin adı bir neçə dəfə çəkilir. Başqa bir məlumata görə 1992-ci ilin iyun ayının 20-də kəşfiyyat mayoru, əslən müsəlman olan və azərbaycanlıları çox sevən Oqrum Odaroviç Smirnov-Tatarin Azərbaycanın Moskvadadkı Daimi Nümayəndəliyinə məktub göndərir. O, məktubunda xahiş edirdi ki, (həm də xəbərdarlıq edirdi) “E.Fukler” qrupunun üzvlərini Azərbaycan sərhədlərini keçməyə qoymasınlar. RF-nın XİN-nin arxiv sənədləri arasında saxlanılan bu məktub bağlı qaldı. Toksikoloq, Paris Tibb Akademiyasının məzunu İ.J.Tole (mayor Tatarinin açıqlamasına görə onun əsl adı İsmayıl Nikol, yaxud İsmayıl Bayle olub) ölkə kəşfiyyatı üçün hazırladığı “Qafqazdakı Azərbaycan üçün məxfi nəticələr” konsepsiyasında iddia edir: “Qafqazdakı Azərbaycan ərazisini həmişə nəzarətdə saxlamaq vacib olacaq. Bu xalqın (söhbərt Azərbaycan millətindən gedir) psixoloju durumunu sarsıtmadan, onun genetik kodlarına hakim kəsilmədən... onu ram etmək olmaz. Biz sınaq təcrübələrimizi başa vurduq. Mən təcrübələrin nəticəsi olaraq elə layihələr həyata keçirəcəyəm ki, o xalqın, o millətin nümayəndələri... bir-birini yesin, bir-birinin sonuna, axırına çıxsın... Nəzərdə tutulan layihələri elə o millətin öz nümayəndələri həyata keçirəcək... Sadəcə bizə ayrılan məbləği artırın...” Araşdırma materiallarına görə 2011-ci ilin mart ayının 10-dan Azərbaycanın kütləvi informasiya vasitələri və mətbuatı üçün bilavasitə xaricdəki Strateji Araşdırmalar Mərkəzlərində (o cümlədən İngiltərədə 26, ABŞ-da 31, İsraildə 19, Fransada 21, Almaniyada 13, Hollandiyada 9, Yaponiyada 6, Səudiyyə Ərəbistanda 12, Bəhreyndə 4. Kanadada 17... tele-layihə və “mətbuat üçün məktub” deyilən layihələr) hazırlanmış layihələr reallaşdı. Kəşfiyyat “Statistikası”nın məlumatına görə, eləcə də kəşfiyyat zabiti O.O.Simonov-Tatarinin təqribən on iki il bundan öncə “Xüsusi Qovluq” üçün hazırladığı məxfi arayışa görə bu tele-layihələr bilavasitə hazırlanarkən insanlara, auditoriya və kütləyə aşağıdakı qaydada təsir etməli idi: 1.Sinir toxumaları (Sinir hüceyrələri). Sinir toxumaları əslində sinir sistemidir. Sinir sistemi orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətini tənzim edir. Tele-layihələr tədricən sinir hüceyrələrini dağıdıb, zədələməli və yaxud sıradan çıxarmalıdır. 2.İnsanda xromosomların sayının itməsi. (Belə tele-layihələrdə və tele-şou proqramlarda ideyaları reallaşdırarkən auditoriyada yaranmış hay-küy, qorxu, yalvarış, ağlaşma, məntiqsiz və qorxulu çıxışlar, ümidsizlik... bu məsələni asanlıqla həyata keçirir. Məsələn, akademik S.M.Leonov iddia edir ki, insan psixologiyasını şikəst edən, “Qarğa bazarları”nı xatırladan hay-küylü səhnələr onun artım üçün bölünmüş xromosomlarının sayını azaldır və yaxud insan hüceyrələrinin inkişafını, bölünməsini ləngidir. Məsələn, insan xromosomlarının sayı 46-dır. Bu tipli tele-layihələr və tele-şou proqramları ilə onu 22-yə, yəni ondan olanı qurbağaya, sayını 16-ya, yəni ondan olanı qarğaya, sayını 12-yə... endirməklə, yəni ondan olanı, onun belindən gələni siçovula oxşatmaq mümkündür. 3.Patoloji şikəstlik. Yəni intihar hallarının artması. Vaxtından qabaq doğuşlar. (Məsələn, Azərbaycanda məlumata görə 2011-ci ildə yarımçıq doğulan uşaqların göstəricisi əvvəlki illərə nisbətdə ümumən 2 dəfə artıb). 4.Tele-layihələrdə qorxu “sindromlarının” çəkisinin armtası. Tele-layihə ən güclü tərbiyə “məktəbi” kimi cəmiyyətdə... qurulmuş auditoriyalarda yer tutması eybəcər və yaxud insanı haldan-hala salan, onu özündən çıxaran verilişlərin ailələrə soxulması... 5.Cinsiyyət üzvlərnin iflic və hərəkətsiz olması. Akademik N.K.Xitrov hələ 1989-cu ildə (RF) Moskvada keçirilən “Elmi-praktik Konfrans”da xatırladırdı ki, 1988-ci ilin tele-layihələri Rusiya cəmiyyətinin böyük bir hissəsini kişilikdən və qadınlıqdan məhrum etdi. Mən hələ BMT xətti ilə ölkənin doğum evlərinə, məktəb və universitetlərinə, yetimxanalara, ordu hissələrinə... paylanılan yardımların, dava-dərmanların törətdikləri fəsadlardan danışmıram. Mənim millətim üçün bu tele-şounu yaratdılar. Araşdırma materiallarına görə Rusiyada bu gün kişiliklərini əldən verənlərin həcmi 34 faizi keçir. Bu rəqəm Sovet İttifaqı vaxtında cəmi 11 faiz idi (?). Azərbaycan üçün məxfi elmi nəticələrini araşdıran professor İ.J.Tole həm fransız, həm ingilis, həm də ABŞ kəşfiyyat xidmətlərinə məsləhət bilirdi ki, Azərbaycan istiqamətində aparacaqları kəşfiyyat nailiyyətlərini ilk növbədə kütləvi məlumat vasitələrindən gizlətsinlər. Məlumata görə Azərbaycan mühitinə “Qarğa təbəssümünü”nü gətirən E.Fukler qrupunun fəal üzvlərindən olan professor İ.J.Tole olub (Hələ bir müddət öncə, yəni 1992-ci ildə professor O.O.Simonov-Tatarin Moskvadakı daimi nümayəndəliyimizə göndərdiyi məktubda xəbərdarlıq edirdi ki, dağılmış İttifaq ərazisində onlarla “Tole və Fukler məktəbləri” təsis ediləcək). Sinir sistemlərinin, sinir hüceyrələrinin... sıradan çıxması prosesini “professor E.Fukler qrupu”nun üzvləri 1988-ci ilin payızında “Meydan hərəkatı” layihəsilə Azərbaycanda sınaqdan çıxartdılar. Bu layihə cəmiyyətdə elə bir mənzərə yaratmışdı ki, hamı özünü “milli qəhrəman” kimi aparırdı. Milli Məclisdə layihəyə görə “Dördüncü mikrofon” açıldı. Məlumata görə bu mikrofonun açılması və yaxud qurulması üçün 214 min dollar ayrılmışdı (?). Eynin “Dördüncü mikrofon” Qazaxıstan, Türkmənistan, Ukrayna, Belorusiya, Özbəkistan parlamentlərində də açılmışdı. Moskvada isə “Dördüncü mərtəbə” məşhur idi. Məsələn, “Vaşinqton Post” qəzeti 1992-ci ilin fevral saylarında qeyd edirdi ki, Azərbaycanın ictimai-siyasi mühitində elə bir qəribəlik var ki, burada hər kəs elə bilir ki, Azərbaycan SSR-nin tərkibindən o ayırıb. Amma Azərbaycanda qanlı-qadalı hadisələr, qarşıdurmalar, layihələr əsasında hazırlanmış dekorativ səhnələr olmasaydı da o, ayrılacaqdı. Məgər Türkmənistanda qan axıdıldı?..
Posted on: Mon, 16 Sep 2013 15:41:58 +0000

Recently Viewed Topics




© 2015