Eys ibn Qasim deyir: İmam Sadiqdən (ə.) eşitdim ki, buyurdu: - TopicsExpress



          

Eys ibn Qasim deyir: İmam Sadiqdən (ə.) eşitdim ki, buyurdu: “Sizə vacibdir ki, vahid və şəriki olmayan Allahdan təqva edəsiniz (günahdan uzaq olmaqla, əzabından qorunasınız), özünüzü gözləyin (özünüzə diqqət edin, qoruyun). Allaha and olsun ki, əgər bir şəxsin öz qoyunlarını otarmaqçün bir çobanı olsa, sonra bir gün onun yanına o çobandan daha bacarıqlısı gəlsə, qoyunların sahibi sürünü daha bacarıqlı çobana tapşırar”.Allaha and olsun ki, əgər sizlərdən birinin iki canı olsa onun biri ilə döyüşsə və təcrübə keçsə, o birisi isə qalsa daha yaxşı olardı, amma insanın bir canı var, o bir canı da çıxanda, Allaha and olsun ki, tövbə də (yenidən qayıdış və günahların yerini savabla əvəz etmək fürsəti) əldən getmiş olar (tövbə imkanı əldən gedər). Ona görə də siz özünüzə (hansı yolu seçməyinizdə) daha layiqsiniz (daha çox haqqınız vardır). Hər vaxt bizlərdən (bizim nəsildən və ya şiələrdən) biri qiyam üçün sizin yanınıza gəlsə, diqqətli olun ki, hansı məqsədlə qiyam edir. Deməyin ki, Zeyd ibn Əli qiyam etmişdir (və bizim üçün də qiyam etmək, inqilab etmək icazəlidir), çünki Zeyd alim və doğrucul (düz niyyətli) insan idi və sizi özünə tərəf çağırmamışdı, o sizi Ali Muhəmmədin razılığına tərəf çağırmışdı, əgər qələbə çalsaydı öz sözünə (niyyətinə) vəfalı qalardı, heç şübhə yoxdur ki, o zalim padşahın əleyhinə qiyam etmişdi ki, onun hökümətini aradan aparsın. Amma o kəs ki, bu gün bizdən biridir (Muhəmməd ibn Abdullah Məhz) ki, qiyam edib, görün sizi hansı məqsədlə öz yanına toplamaq istəyir, nəyə tərəf səsləyir (kimə tərəf səsləyirlər)? Ali Muhəmmədin razı olduğu şəxsə mi tərəf səsləyirlər? Biz şahidlik edirik ki, bu işə razı deyilik və o şəxs bizə hal-hazırda asi olmuşdur (itaətsizlik edib, müxalif olmuşdur) və onunla birlikdə bir nəfər də olsun (şiə) yoxdur. Əgər bayraqlar qalxsa (və sizi dəvət edənlər çoxalsa), ən yaxşısı odur ki, o şəxsi eşidəsiniz ki, Fatimə (s.ə.) övladları onunla birlikdə cəm olsunlar (onun ətrafında toplaşsınlar). Ona görə də Allaha and olsun ki, sizin sahibiniz (hal-hazırda) o şəxsdir ki, (əksəriyyət) onun əleyhinə cəm olublar (birləşiblər). (yəni İmam (ə.) özünə işarə edir) (və ya sahibiniz o kəsdir ki, gərək bütün Fatimə (s.ə.) övladları onun ətrafında cəm olsunlar). Elə ki, Rəcəb ayı oldu Allahın adını çəkərək bizə tərəf gəlin, əgər istəsəniz şəban ayına qədər təxirə salasınız sizə ziyan eləməz, əgər istəsəniz öz ailənizlə birlikdə oruc tutasınız ziyanı yoxdur, bəlkə bu əməliniz sizin üçün daha qüvvətli olar (daha möhkəm olar). Və sizin üçün (əlamət olaraq, nişanə olaraq) Sufyaninin xurucu kifayətdir (bəs edər). (Rəvzatul-Kafi,hədis 381; Vəsailuş-Şiə, c.1,səh.35,bab 12, hədis 1; Biharul-Ənvar, c.52,səh.301,bab 26, hədis 67); adminka
Posted on: Thu, 27 Jun 2013 05:57:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015