FATİHƏ SURƏSİNİN FƏZİLƏTİ Fatihə surəsi Məkkədə - TopicsExpress



          

FATİHƏ SURƏSİNİN FƏZİLƏTİ Fatihə surəsi Məkkədə nazil olmuş bir surədir. İki dəfə nazil olduğunu, birinin Mədinə dövründə, digərinin isə Məkkə dövründə olduğunu söyləyənlər də vardır. Birinci görüş daha doğrudur. Çünki Allah taala “Sənə Səbül-məsanı verdik” (Hicr, 87) deyə bu¬yurmuşdur. Fatihə surəsinin fəziləti haqqında Peyğəmbərdən (s) çoxlu sayda hədisi-şə-riflər rəvayət edilməkdədir. Əbu Səid bin əl-Mualla deyir ki: “Mən, məsciddə namaz qılarkən Peyğəmbər (s) məni çağırdı. Namazda oldu¬ğum üçün cavab verə bilmədim. Namazı bitirdikdən sonra dedim ki: “Ey Allahın Elçisi, mən namaz qılırdım.” Peyğəmbər (s) dedi ki: “Allah “Ey iman edənlər, Peyğəmbər sizi özünüzə həyat verəcək şeylərə dəvət etdiyi za¬man dərhal Allahın və Rəsulunun dəvətinə dərhal cavab verin.. (Ənfal, 24) buyurmurmu? Peyğəmbər (s) sözlərinə davamla belə buyurdu: “Sən, məsciddən çıxmadan əvvəl mən sənə elə bir surə öyrədəcəyəm ki, o Quranın ən uca surəsidir.” Sonra Peyğəmbər (s) əlimdən tutdu və məsciddən çıxmaq istədi. Mən də “Ey Allahın Elçisi, sən mənə “Sənə elə bir surə öyrədəcəyəm ki, o Quranın ən uca surəsi¬dir” demədinmi?”- deyə soruşdum. Peyğəmbər (s) bu cavabı verdi: “O surə, əl-həmdülillahi Rəbbil-aləmindir. O, mənə verilən Səbül-məsani və Qurani-Əzimdir” (Təfsiri-Təbəri, c.I). Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur: “Canım əlində olan Allaha and olsun ki, Allah taala Tövratda, Zəburda və Quranda “Fatihətül-kitab” kimi bir surəni nazil etməmişdir. O ümmül-kitabdır (kitabın anasıdır)” (Məcməül-bəyan, c.I, s.17).
Posted on: Mon, 18 Nov 2013 16:39:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015