FILADELFIYA EKSPERIMENTI (ing. Philadelphia Experiment) — ABŞ - TopicsExpress



          

FILADELFIYA EKSPERIMENTI (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir.28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project). "Filadelfiya eksperimenti" əsas məqsədi gözəgörünməz gəmilər yaratmaq idi. Eksperiment "şəhər əfsanəsi"dir. Lakin bu əfsanə doğru da ola bilər. 1984-cü ildə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı."Göy qurşağı əməliyyatı" (ing. Rainbow Project) adıyla da bilinən bu təcrübə, 1984-cü ildə ağ pərdəyə, yəni, bu haqda filmin çəkilişinə kimi ciddiyə alınmamışdı. Ancaq o tarixin bu günə qədər rəsmi mövqelər tərəfindən dəfələrlə yalanlanmasına baxmayaraq ən çox maraqlanılan mövzulardan biri olmuşdur. EFSANE:1930-cu ildə "Göy qurşağı" layihəsi Çikaqo Universitetindəbaşlanmış, Prinston Universitetindədavam etdirilmişdir. Bu layihədə Albert Eynşteyn, Con Fon Neyman və Nikola Tesla kimi fiziklər iştirak edirdi. Əfsanəyə görə, Albert Eynşteyn bu eksperimentdə öz "Hər şeyin nəzəriyyəsi"ni yoxlamışdır. 1943-cü il 28 Oktyabrda səhər saat 09:00-da ilk eksperiment həyata keçirildi. İçərisi 181 adamla dolu olan "Eldric" gəmisi Atlantik okeanından bir göz qırpımında Hind okeanına keçir. Gəmidə nə saat, nə də kompas işləyir. Gəmidəki insanlar vaxtından tez qocalaraq vəfat edirlər. 13 adam yanaraq vəfat edir. Digərləri isə elektrik boşalmasından və qorxudan ölürlər. Albert Eynsteynin Istiraki:AlbertEynşteyn öz "Nisbilik nəzəriyyəsi" ilə məşhurdur. Allyende ikinci məktubunda yazır ki, Eynşteyn bu nəzəriyyəni 1925-1927-ci illər arasında hazırlamışdır. Həkim Bertran Rassel deyir ki, nizbilik nəzəriyyəsi başa çatmışdır. Həmçinin, o, deyir ki, insan bunun üçün yaranmayıb və Üçüncü Dünya Müharibəsinə qədər olmayacaqdır. Bertran məşhur yazıçı, filosof, humanist, pasifist olmuşdur. O, Eynşteyn ilə dostluq edirdi.Bəs "Nisbilik nəzəriyyəsi" nə üçündür? Əsas fikir ondadır ki, bir hərəkət ilə Universal qüvvələri- Elektromaqnetizm, cazibə qüvvəsi və nüvə enerjisini riyazi yolla izah etməkdir.Bəzən hesab olunur ki, dördüncü qüvvədə mövcuddur. Ona "Zəif Universal Qüvvə" deyilir. Həmin qüvvə cazibə qüvvəsi ilə əlaqədədir. Bu elektrik ilə maqnit arasındakı əlaqəyə uyğun gəlir. Nəzəriyyədən başa düşülür ki, əgər nəzəriyyə başa çatdırılarsa, rentgen şüalarını, hətta bütün materiyanı özündə saxlaya bilər. Eynşteyn Ali Riyaziyyatı yaxşı bilmədiyindən bu məsələni sonuna kimi həll edə bilməmişdi. Güman olunur ki, Albert Eynşteyn "Nisbilik nəzəriyyəsini" Filadelfiya eksperimentindəsınaqdan keçirmişdir. Efsane Haqda:Allyende "Filadelfiya eksperimenti"nin 22 İyunda baş verdiyini iddia sürmüşdü. Bu mərhələdən sonra yaşıl rəngdə bir səs gəmini ötməyə başlamış və "USS Eldridge" ortadan itmişdi. Karlos Allyende "Filadelfiya eksperimenti"niaşağıdakı kimi danışırdı: “ Bir an yalnız gəminin çapasını görə bildim, sonra o da itdi, ortada artıq nə səs, nə də USS Eldric vardı; bomboş dənizə baxırdıq, bizim gəmidə olan üst rütbəli zabitlər və elm adamları qorxu, dəhşət və həyəcan içində nəfəslərini tutaraq bu inanılması güc müvəffəqiyyətlərini müşahidə edirdilər. Gəmi və mürəttəbatı ” Bu hekayəyə görə, "USS Eldridge", 28 Oktyabr səhəri Filadelfiya limanından 640 km. kənardakı (375 mil) Norfolk hərbi dəniz bazasına gedib təkrar gəlmiş və bu hadisə bir neçə dəqiqə içərisində davam etmişdir. Cessap bu inanması çətin hekayəyə təmkinli yanaşmışdı. Allyendeni göndərdiyi cavabda daha çox detal və hadisənin həqiqətiylə əlaqədar dəlillər istədi. Allyendeni cavabı isə bir neçə aydan sonra gəldi. Lakin bu səfər gələn məktubda Karlos M. Allyende imzası vardı.Allyen dəlili olmadığını yazırdı. Ancaq hipnoz seansına qatıla, ya da pentotal (şüuru keyidərək iradəni qıran doğrunu dedirdən bir dərman) alaraq gördüklərini həqiqət olduğunu müdafiə edirdi. Cessap bu məktubdan sonra yazışmamaya qərar verdi.Əfsanənininsanlar arasında geniş miqyasda danışılmasına 1955-ci ildə ufoloq Morris Cessap tərəfindən yayılmışdır. Karlos Allyende də Morrisnən dostluq edirdi. 1957-ci ilin yazında Cessap, "Dəniz Qüvvələri Araşdırma Bürosu"ndan bir dəvət aldı. Büroya çatan zaman ona yenə uydurma yazdığı (və əksəriyyətlə ününü borclu olduğu) "The Case for the UFO" adlı kitab göstərildi. Bu kitab bir ilə qədər əvvəl büroya göndərilmişdi. Kitabın diqqət çəkici tərəfi isə səhifələrdə alınmış olan yazılardır. Qeydlər üç fərqli yazıyla yazılmışdı və minlərlə il əvvəlki sivilizasiyalardan danışılırdı. Dünyaya gələn kosmos vasitələri təsvir edilirdi. Sonunda isə Güc sahələrindən, bir maddənin necə itib, necə ortaya çıxarıla biləcəyi və 1943-cü ildə edilən təcrübədən danışılırdı. Cessap yazılardan birinin Allyendenin aid olduğunu fərq edib vəziyyəti bildirdi. Sonrasında digər yazıların da eyni adama aid olduğu, fərqli rəng və özəlliklərdəki maddələr yazıldığı aydın oldu.Bu hadisədən sonra Dəniz Qüvvələri Cessap ilə yenidən əlaqə qurub Allyendeni məktublarında yazdığı ünvanın tərk edilmiş bir ferma evinə aid olduğunu, ayrıca, Cessapın kitabının üzərindəki qeydlərlə və Allyendenin məktubları ilə birlikdə yenidən təşkil edilərək Deniz Qüvvələri Bürosunda paylanacağını bildirdi. Rəqəm tam olaraq bilinməməklə birlikdə, bu şəkildə 100-ə qədər kopiyanın Deniz Qüvvələrində paylandığı sanılmaqdadır. Bu təzyiqdən üç kopiya da Cessapa göndərilmişdir. Morris Cessapin Olumu: Əfsanənin insanlar arasında geniş miqyasda danışılması hadisəsindən iki il sonra 1959-cu ildə Mayamidə Morris Cessap maşınında ölü tapılmışdır. Polislərin söylədiklərinə görə, Morris qaz sızmasından vəfat etmişdir. Bu hadisədən sonra Karlos Allyende bir daha olaraq eksperimentdən danışmadı. 1984-cü ildə isə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı. Alfred Bielekin ifadəsi: Bu gün bilinən "Filadelfiya eksperimenti" hekayəsinin çoxunun ifadələri 1984-cü ildə istehsalı Stevart Rafillin çəkdiyi "Filadelfiya eksperimenti" adlı filmdən yayılmışdır. 1990-cı illərdə Eldric gəmisinin mürəttəbatında Alfred Bielek təcrübənin içində iştirak etdiyini ifadə etmiş, bu ifadə internet vasitəsilə yayılmışdır. Ancaq 2003-cü ildə Bielekin hekayəsi kiçik bir araşdırmacı qrup tərəfindən yalanlanmış, təcrübə əsnasında gəminin yaxınında bir yerdə olmadığı göstərilmişdir. Efsanede Esassizliq:"USSEldridge" gəmisi 27 Avqust 1943-cü ilə qədər xidmətə girmədi, Sentyabr ayına qədər də New York limanından ayrılmadı. Oktyabrda gəmi Bahama adalarına doğru ilk sınaq səfərinə çıxmışdı. Eldric gəmisində vəzifə edənlərin də üzvü olduğu bir döyüş qaziləri birliyi, Aprel 1999-cu ildə nümayiş etdiyi məlumatda gəminin əsla Filadelfiya limanına uğramadığını ifadə etmişlər.
Posted on: Sun, 30 Jun 2013 07:53:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015