Fikrət Cəfərli KXCP-də Demokratik Birlik Fraksiyasının - TopicsExpress



          

Fikrət Cəfərli KXCP-də Demokratik Birlik Fraksiyasının həmtəsisçisi Bu gün xalqın böyük kəsiminin namizədi olan Rüstəm İbrahimbəyovun prezident seçkisində namizədliyinin qeydiyyata alınma risskinin olması müzakirə mövzusu ola bilməz. Hansısa qüvvə düşünürsə ki, hakimiyyət risk edib cəmiyyətin bütün təbəqələrinin, real müxalifətin bütün spektirini əhatə edən birliyin vahid namizədi Rüstəm İbrahimbəyovu seçki marafonundan kənarlaşdırmaq üçün müxtəlif bəhanələrlə onun namizədliyini qeydiyyata almayacaq və Milli Şuranın timsalında bütünlükdə demokratık qüvvələr seçki prosesindən kənarda qalmaqla uduzacaq, o qüvvə yanılır. Burada söhbət seçkinin uduzulmasından və yaxud boykotdan yox, hakimiyyətin geri çəkilməsi üçün demokratik qüvvələrin seçki taktikasının dəyişilməsindən və bütün resursları hərəkətə gətirib narazı eloktratın, yüzminlərin meydanlara toplanmasından gedir. İnandırıcı görünmür ki, hakimiyyət seçki günündən qabaq saxtakarlığa gedəcək və həmişəki kimi seçkilər vasitəsilə legitimlik qazanmaq taktikasını dəyişib, seçkidən öncə xalqın meydanlara axışmasına stimul verəcək qədər ağılsızdı. İndiki mürəkkəb şəraitdə, beynəlxalq aləmin, xüsusən Qərbin demokratik seçki tələb etdiyi bir dönəmdə hakimiyyətin seçkidən əvvəl o riskli addımı atması inandırıcı deyil. Əgər belə bir addım atılacaqsa, indiki rejim seçkidən öncə prosesə nəzarəti itirməklə özünü təhlükə qarşısında qoymuş olacaq. Beynəlxaq aləm avtoritar cəmiyyətlərin demokratikləşməsində maraqlı olduqlarını artıq diplomatik terminlərlə deyil, açıq jestlərlə ifadə edir. Beynəlxalq ictimaiyyət bu gün Azərbaycanda demokratik rejimin qurulmasında maraqlıdır və o demokrarik rejimin Milli Şuranın timsalında reallaşmasında maraqlı olduğunu diplomatik münasibətlərlə ifadə etməkdədir. Onun üçün də düşünmürəm ki,həm daxili elektoratın,həm də beynalxaq aləmin indiki hakimiyyətin əsas alternativi kimi qəbul etdiyi Rüstəm İbrahimbəyova yarana biləcək hər hansısa qeyri qanuni əngəllərə beynalxaq aləm biganə qalıb susmaqla bu məsələdən yan keçəcək. Təbii ki,bu gün hakimiyyətin ən çox istədiyi odur ki, indiyə kimi birləşə bilməyən müxalifəti, cəmiyyətin bütün təbəqələrini bir araya gətirən birləşdirici fiqurla yox, hansısa ənənəvi müxalifət liderilə seçkidə qarşı-qarşıya gəlsin. Onun üçün də vahid namizədin qeydiyyata alınmaya biləcəyi ilə bağlı hansısa arqumentlərə əsaslanaraq ümumi prosesin qətililiyinə şübhə doğuran addımlardan çəkinməliyik. Qələbə yox, mövcudluğu qorumağ uğrunda gedən mübarizəyə xalq heç vaxt dəstək verməyib və inanmıram ki, bundan sonra da dəstək verə.
Posted on: Mon, 15 Jul 2013 09:15:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015