Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera) yaratdığı - TopicsExpress



          

Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera) yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Rivyeranın həyat yoldaşı. Frida Kalo, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o Dieqo Rivyera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Posted on: Tue, 02 Jul 2013 08:41:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015