Gecələr sübhə qədər Ay mənə səndən danışır, Ağlımı - TopicsExpress



          

Gecələr sübhə qədər Ay mənə səndən danışır, Ağlımı eyləyərək zay mənə səndən danışır. Gətirir ayrılığın buz xəbərin qışda külək, Quşlar ötdükcə bahar-yay, mənə səndən danışır. Hər payız nalə çəkib göydəki şimşək bağırır, Yas tutub eyləyərək vay mənə səndən danışır. Ağlayıb halıma göz yaşları tökdükcə yağış Kükrəyən, şır-şır axan çay mənə səndən danışır. O tanış daş küçə körpəykən ölən eşqimizə Çalaraq astaca lay-lay mənə səndən danışır. Heydərin qəlbinə qəmlər yığışıb lay-lay olub Qara qəlbimdəki hər lay mənə səndən danışır.
Posted on: Sun, 15 Sep 2013 16:10:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015