Gənələr və donorlar. Sahibkarlığın, inkişafı dovlətin - TopicsExpress



          

Gənələr və donorlar. Sahibkarlığın, inkişafı dovlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.Belə ifadə olunur. Məsələ ondadır ki, sahibkarlığın inkişafı yalnız əlverişli mühitdə və şəraitdə dinamik inkişaf edir.Bu mühitin yaradılmasına ən böyük maneyə həmin sahənin kadr siyasəti və hüquqi tənzimlənməsi məsələlərində axsamasıdır. Biznes mühitinin yaradılması azad sahibkarlığın inkişafının həm maddi,həm hüquqi həm də mənəvi cəhətdən stimullaşdırlmasıdır.Misal olaraq; Ali Məktəbləri bitirən məzunlar özlərini dövlət orqanlarında deyil biznes sahələrində sınamaqda daha çox maraqlı olmalıdırlar.Biznes sahələrində savadlı və peşəkar mütəxəssislərə daha çox ehtiyac vardır.Əlbətdə ki, maliyyə riskləri yaşamadan yüksək məbləğdə konvert şəkilində əldə edilən pul vəsaiti gəncləri daha çox maraqlandırır.Onlar düşünürlər ki,dövlət gömrük və ya vergi orqanlarında işlədikləri halda məvacibdən əlavə yüksək məbləğdə konvert alacaqlar.Bu məbləğ nə vergiyə cəlb edilən nə də sosial müdafiə məqsədli ödənişlər üçün obyekt deyil. Biz iqtisadiyyatı vergi yolu ilə tənzimləyiriksə bunu da bilməliyik ki, vergilərin müəyyən edilməsi və vergiqoyma işini iqtisadi mühiti düzgün təşviq etmək prinsipi ilə həyata keçirməliyik.Qeyri peşəkar vergi orqanı əməkdaşının hər hansı qanunsuz tələbi və ya vergi ödəyicisi ilə nəzakətsiz rəftarı bu sahədə tutarlı axsamalara səbəb ola bilir.Bütün bunlarla yanaşı dövlət olaraq biz bu sahənin ciddi nəzarətə götürülməsində əsaslı tədbirlər görməliyik. Məsələn Dövlət Vergi orqanlarında işləyən əməkdaşların sosial müdafiəsi ilə bağlı yaradılmış xüsusi( həvəsləndirmə) büdcədən kənar fondu,hansı ki,tətbiq edilmiş maliyyə sanksiyalarının 25% hesabına formalaşır və həmin fondun təsis edilməsi ədalətli prinsiplərə əsaslanmır. Çünki biz qanunların pozulmasından istifadə etməni deyil,qanunların aliliyini və ona dönmədən əməl edilməsini təmin etməliyik.Yəni qanun pozuntusuna yalnız cərimə ilə cəza vermək yox, pozuntunu aradan qaldıran tərbiyəvi və humanist qaydalara müraciət etməliyik.Əgər biz Vegi əməkdaşlarının maddi təminatını vergi qanunvericiliyinin pozulması halları ilə stimullaşdırırıqsa biz bu sahədə heç bir uğurlu nəticələr əldə edə bilmərik.Digər tərəfdən şəffaflığın artırılması,korrupsiya və rüşvətin aradan qaldırılması üçün məmur və sahibkar münasibətlərinin minimumlaşdırılması məqsədilə elektron hökumət adlı birbaşa xidmətlər yaradılsa da bürokratik əngəllərin və narazılığın səviyyəsi əhəmiyyətli dərəcədə dəyişmədi .Fikrimcə dövlətin maliyyə mənbəyindən daha çox əmək qabiliyyəti məhdudlaşmış vətəndaşlar yararlanmalıdırlar.Hər min nəfər vergi məmuruna hər ay təxminən 3 mln. manat pul vəsaitinin xərclənməsi ilə yanaşı inzibati binaların saxlanılmasına,təsərrüfat və kommunikasiya xidmətlərinə əlavə külli miqdarda məsrəflər tələb olunur. Əgər nəzərə alsaq ki,vergi orqanlarının vəzifəli şəxslərinin qanunsuz və dolayı yolla sahiblik etdikləri kommersiya subkyektlərinin vergidən yayındırılması hansı rəqəmləri büdcədən gizlədir onda vəziyyətin daha da ağır olduğunu başa düşmək olar. Həmin məbləğlərin büdcəyə ödənilməsini təmin etməklə dövlət büdcəsinin donorları olan sahibkarların mənafeyi naminə vergi güzəştlərinin tətbiq edilməsi də mümkündür. İqtisadi mühitin əlverişli olmaması üzündən çoxsaylı insanlar məmur kimi varlanmanı asan yol hesab edir.Hətta belə varlanmanın cinayət yolu ilə geçəkləşdirilməsinin fərqinə varmadan.Beləliklə geniş məmur dalğası cəmiyyətdə büdcənin gənələri kimi çıxış edir.Gənələrin lazım olduğundan daha artıq olması isə sahibkarlığın inkişafına çox ciddi zərbə vurur.Təsəvvür edin ki, ciddi maliyyə riski ilə fəaliyyət göstərən sahibkarlıq subyekti bir neçə vətəndaş üçün iş yeri yaratsa da bir vergi məmurunun əldə etdiyi gəliri əldə edə bilmir.Kobud desək İşləyənlərin sayı ilə yeyənlərin sayı da düzgün tənzimlənmir.Maddi nemətləri yaradan zəhmətkeş zümrə xəstə mühitə adaptasiya etməli olur.Qanunsuz müdaxilələri qarşılamaq üçün vergidən yayınmalı olur.Hesab edirəm ki,iqtisadi sahədə məmurların sayının azaldılması bu gün ölkəmizdə sahibkarlığın inkişafına ciddi təkan vermiş olar.Sağlam iqtisadi mühitin yaradılması gənclərin özəl sektora marağının artırılması üçün geniş imkanlar yaratmış olar.Sahibkarın statusu ,cəmiyyətdə yüksək qiyməti, öz fəaliyyətindən qürur hissi duymasını təmin etməliyik. Beləliklə iqtisadiyyatın qeyri neft sektoru inkişaf etmiş olar.
Posted on: Wed, 02 Oct 2013 06:39:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015