Hava dəyişir Həftəsonuna qədər qeyri-sabit yağıntılı - TopicsExpress



          

Hava dəyişir Həftəsonuna qədər qeyri-sabit yağıntılı hava gözlənilir Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək. İsti və yağmursuz hava şəraitindən sonra iyulun 2-si axşamdan başlayaraq 6-dək havanın qeyri-sabit və yağıntılı keçməsi dənli bitkilərin biçinini çətinləşdirəcək. Temperatur rejiminin ötən günlərlə müqayisədə bir qədər aşağı enməsi bitkilərin boy atmasına və inkişafına təsir etməyəcək, yağıntılar isə torpaqda məhsuldar rütubət ehtiyatının bir qədər artmasına səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında iyulun 3-də yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, dəyişkən buludlu olacağı gözlənilir, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı istisna olunmur. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Posted on: Tue, 02 Jul 2013 11:31:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015