HÖRMƏTLİ TƏLƏBƏ VƏ MAGİSTRLƏR! 25 iyun 2013-cü il - TopicsExpress



          

HÖRMƏTLİ TƏLƏBƏ VƏ MAGİSTRLƏR! 25 iyun 2013-cü il tarixində saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzində “Uğurlu karyeranı qur!” devizi altında KARYERA GÜNLƏRİ keçiriləcəkdir. Tədbir Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və VitalCV MMC-nin dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd tələbə və magistrləri Karyera Mərkəzinin işi və layihələri ilə tanış etmək, eləcə də, karyera inkişafı ilə əlaqədar mütəxəssislər tərəfindən iştirakçılara məsləhətlətin verilməsidir. TƏDBİR ZAMANI SİZ AŞAĞIDAKI İMKANLARDAN FAYDALANA BİLƏCƏKSİNİZ: CV-lərin tərtib edilməsi üzrə fərdi məsləhətlərin verilməsi; “Uğurlu müsahibədən keçmə” üzrə təlimlərin aparılması; CV-lərin Karyera Mərkəzinin electron bazasına daxil edilməsi; Müsahibədən keçməyə və CV-nin tərtib edilməsinə dair məsləhətlər; Karyera Mərkəzinin resursları ilə tanışlıq; Tədbirdə iştirak edənlər öz CV-lərini mütəxəssislərə təqdim etməklə, onun düzgün tərtibatı haqqında dəyərli məsləhətlər ala biləcək və Karyera Mərkəzində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etmək imkanları əldə edəcəklər. Əlavə məlumatı universitetin Karyera Mərkəzindən əldə edə bilərsiniz: Ünvan: İstiqlaliyyət küç.6, otaq 203 Əlaqə telefonu: (+99412) 497 71 35 E-poçt: [email protected]
Posted on: Mon, 24 Jun 2013 20:28:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015