HÜZURİ VƏ HÜSULİ MƏ’RİFƏT Mütəal Allah barəsində iki - TopicsExpress



          

HÜZURİ VƏ HÜSULİ MƏ’RİFƏT Mütəal Allah barəsində iki növ mə’rifət mövcuddur: hüzuri və hüsuli mə’rifət. Allah barəsində “hüzuri mə’rifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur. Aydındır ki, bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa, (belə ki, yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır. Amma əvvəldə qeyd olunduğu kimi, belə hüzuri və şühudi elm adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən, rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq, bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir. Hüsuli mə’rifət dedikdə isə məqsəd budur ki, insan müəyyən məfhumlar vasitəsilə, məsələn, yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mə’nada olan zehni bir mə’rifət tapır və belə bir varlığın olması “O kəs ki, dünyanı yaradıb və...” e’tiqadına malik olur. Daha sonra hasil olan digər mə’rifətləri ona əlavə edir ki, mütənasib e’tiqadi bir sistemə (dünyagörüşə) nail olsun. Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan mə’lumat, elə hüsuli mə’rifətdir, lakin belə bir mə’rifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mə’rifət tapmaq fikrinə düşür.
Posted on: Mon, 01 Jul 2013 14:40:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015