Hələ dünənəcən sənin balandım, Bir dəcəl, dəlisov - TopicsExpress



          

Hələ dünənəcən sənin balandım, Bir dəcəl, dəlisov oğuldum, ana. Gündüzdən gecədən, çöldən, küçədən Düşmən tənəsindən, dost gileyindən, Neçə qız gözündən, qız ürəyindən, Sivrildim, sıyrıldım, soğruldum, ana. Təzədən qayıtdım öz əvvəlimə, Bir qadın bətninə yığıldım, ana,- Bətnində körpəmi gəzdirən qadın. Bulanıq gözlərim duruldu birdən, birdən ürəyimin dibi göründü. Dünyanın yolları qırıldı birdən, Boynumda taleyin ipi göründü. Ömrümü qab kimi saldım əlimdən, Çox sınmayan şeylər sınası oldu. Bütün yollarımı aldın əlimdən, Bütün yollarımın sonu sən oldun, - Bətnində körpəmi gəzdirən qadın. Bətnində körpəmi gəzdirən qadın, Başımı dizinə qoyum ağlaram. Bu ötən ömrümün günahlarını, Gözümün yaşıyla yuyub ağlaram. Ürəyim min yerdən min bir dərd çəkib, Dərdimi-qəmimi boğa biləydin, Bu ötən ömrümün üstən xətt çəkib, Kaş məni təzədən doğa biləydin, Bətnində körpəmi gəzdirən qadın !. Bəlkə, başqa adam olardım onda, Bu dərdi özümdən qova bilərdim. Bəlkə sevinərdim, gülərdim onda, Bəlkə lap səni də sevə bilərdim. Bir yol var, Uzanar ölənə qədər; O yol səbrimdi mənim. Bətnində körpəmi gəzdirən qadın, Bətnin qəbrimdi mənim...
Posted on: Mon, 23 Sep 2013 09:13:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015